Əsas Səhifə > Manşet / Gündəm > Zardakı tikinti xaosuna görə PREZİDENTƏ MÜRACİƏT OLUNDU
Zardakı tikinti xaosuna görə PREZİDENTƏ MÜRACİƏT OLUNDUBu gün, 01:36 |
|
"Möhtərəm Prezident, hörmətli cənab İlham Əliyev! Sizə bir Kəlbəcər sakini və Zar kəndinin sakini olaraq müraciət edirəm..." "DİA-AZ" xəbər verir ki, bunu ölkə rəhbərliyinə ünvanlanmış müraciətində əslən Kəlbəcər rayonundan olan tanınmış şair Səxavət Kəlbəcərli yazır.
Müraciətdə daha sonra deyilir: "Cənab Prezident, Kəlbəcərdə,
xüsusilə Zar kəndində aparılan tikinti işlərinin keyfiyyəti ilə bağlı ciddi narahatlığım var. Dövlət tərəfindən böyük vəsait ayrılmasına baxmayaraq, bəzi tikililərdə ciddi nöqsanlar müşahidə olunur. Bir sıra qüsurların sadəcə suvaq və üzlük işləri ilə örtülərək gizlədildiyini görürük.
Bundan əlavə, Bəşir Hacıyev və Kamaləddin Heydərovun məsul şəxslər kimi bu məsələlərə lazımi səviyyədə nəzarət etmədiyini düşünürəm. Kəlbəcərə və Zar kəndinə gedərək tikinti işlərinin vəziyyətini yerində araşdırmaq, evlərin keyfiyyətini yoxlamaq əvəzinə, sadəcə əraziyə baxış keçirib geri qayıtmaları ciddi suallar doğurur.
Müraciətə əlavə etdiyim fotoşəkillər tikintidəki nöqsanları əyani şəkildə göstərir.
Sizdən xahiş edirəm ki, Zar kəndində aparılan tikinti işlərinin obyektiv şəkildə yoxlanılmasına, istifadə olunan materialların və görülən işlərin keyfiyyətinin araşdırılmasına göstəriş verəsiniz.
Məqsədim kimisə əsassız ittiham etmək deyil.
İstəyimiz dövlət vəsaiti hesabına tikilən evlərin keyfiyyətli, təhlükəsiz və uzunömürlü olmasıdır..."
.
.
.
Yazıları DƏDƏ MALI kimi oğurlaya bilərsiniz...
Geri qayıt |