Əsas Səhifə > Manşet / Cəmiyyət > Əlilliyi təsdiqlənməyən vətəndaş BÜROKRATİYA LABİRİNTİNDƏ...

Əlilliyi təsdiqlənməyən vətəndaş BÜROKRATİYA LABİRİNTİNDƏ...


Bu gün, 11:19

"Əlilliyimin təsdiqi ilə bağlı etdiyim müraciətlərimə 4 dəfə imtina gəlib..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında 

Ayna Mammadova adlı istifadəçi qeyd edir.

Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Mənə əlillik verilmir. Mən də məhkəməyə baş vurmaq istəyirəm. Bunun üçün imtina kağızı lazımdı. Onu da ƏLİLLƏRİN BƏRPA mərkəzi verir... ən sonuncu əyanidə dedilər ki DOST mərkəzindən alarsan. Dünən DOST mərkəzinə getdik Dedilər ki, biz vermirik imtina surətini.
ASAN xidmətə getdik... onlar da vermir. Bəs hardan alım imtina kağızının surətini? Belə zülm olar? Xəstə adamı get-gələ salıblar aylardı... İddia ərizəsinin yazılmasını da ASSN xidmətdə olanda soruşdum... 100 manata aşağısı, 70 manata yazacaqlarını dedilər... Ucuz yazan yoxdurmu? Mən nə edim? Çox pisəm..."


Geri qayıt