Əsas Səhifə > Manşet / Siyasət > "Açıq şəkildə məhsuldan imtina etdiyimi bildirdim, AMMA..."
"Açıq şəkildə məhsuldan imtina etdiyimi bildirdim, AMMA..."Bu gün, 07:33 |
|
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Bu paylaşımı artıq sadəcə şikayət etmək üçün yox, ictimaiyyətin diqqətini bu məsələyə çəkmək üçün edirəm.
2026-cı ilin may ayında bu mağazalar şəbəkəsindən 400 manatlıq ütü almışam. Üstəlik, məhsula görə 50 manat əlavə ödəniş edib əlavə zəmanət götürmüşəm.
400 manatlıq məhsuldan gözləntim çox sadə idi: ən azı öz funksiyasını normal yerinə yetirsin.
Amma məhsul paltarların qırışlarını düzgün açmır, istifadə zamanı ərp tökür və paltarları korlayır.
Şikayət etdim — məni servisə göndərdilər.
Servisə getdim — mənə “problem yoxdur” dedilər.
Dedim, problem yoxdursa, gəlin özünüz yoxlayın. Köynək verdim və ütüləmələrini istədim. Nəticədə ütü köynəyin qırışlarını normal açmadı və üstəlik yenə ərp parçanın üzərinə töküldü.
Hadisəni video ilə də qeydə almışam. Servis əməkdaşları da vəziyyəti öz gözləri ilə gördülər.
Bundan sonra artıq problemi qəbul etdilər və məndən ərizə yazmağımı istədilər. Ərizədə bütün problemləri qeyd etdim və açıq şəkildə məhsuldan imtina etdiyimi bildirdim.
Və nə oldu? Heç nə.
Təxminən 1 ay gözlədim — xəbər yoxdur.
12 avqustda yenidən mağazaya getdim. Yenə ərizə yazdırdılar.
Bu gün 30 avqustdur. Hələ də nəticə yoxdur.
Mənim sualım budur:
400 manatlıq məhsul alıb, üstəlik 50 manat əlavə zəmanət pulu ödəyən müştəri öz probleminin həlli üçün neçə ay gözləməlidir?
Müştərini mağazadan servisə, servisdən mağazaya göndərməklə məsələ həll olunmur.
Əgər məhsul həqiqətən problemsizdirsə, bunu rəsmi şəkildə sübut edin. Əgər məhsulda problem varsa, onda müştərinin müraciətinə normal münasibət göstərin və problemini həll edin.
Mən aylardır pulunu ödədiyim, amma normal istifadə edə bilmədiyim məhsulla bağlı vaxt itirmək və qapı-qapı gəzmək məcburiyyətində deyiləm.
Bu paylaşımı ona görə edirəm ki, məsələ yalnız mənim problemim olaraq qalmasın və digər müştərilər də belə vəziyyətlə qarşılaşdıqda öz hüquqlarını qorusun.
MÜŞTƏRİYƏ BU CÜR MÜNASİBƏT OLARMI?!"
Geri qayıt |