Əsas Səhifə > Manşet / Şou-biznes > "Nədən nə nazirin, nə də dövlət qurumlarının təklifləri nəzərə alınmır?"
"Nədən nə nazirin, nə də dövlət qurumlarının təklifləri nəzərə alınmır?"Bu gün, 07:33 |
|
O daha sonra fikrini belə davam etdirir: "Mədəniyyət Nazirliyi də bu işdə onlarla əlbirdirsə o zaman Kinonun vəziyyəti Allahın ümidinə qalıb. Azərbaycanda kino istehsalatini bərbad günə salan bir sıra korrupsioner və rüşvətxor adamlara etirazımi bildirirəm. Ən qısa zamanda bir qurup kino xadimləri ilə mətbuat konfransı keçirəcəyəm..."
"Orxan Fikrətoğlu, ARKA - Azərbaycan Respublikasının Kino Agentliyi Günay Rəhimova, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Elxan Cəfərov, Müşfiq Hətəmov, Elçin Musaoğlu, Cəmil Quliyev, İlham Qasımov və adını çəkmədiyim kino başbilənləri, hansı meyarlara görə ssenariləri qiymətləndirirsiniz?
Bundan əvvəl Dövlət dəstəyi ilə maliyyələşən hansı şirkətin filmləri beynəlxalq səviyyədə mükafat alıb ki, siz yenidən həmin şirkətlərə dəstək verib maliyyə ayırırsınız? Antalya Mədəniyyət forumunun Diaspora qarşısında qoyduğu tələblərə riayət etmək əvəzinə özlərinə yaxın qurumlara dəstək olaraq onlara yararsız filmlərə maliyyə dəstəyi etməklə çirkin əməllərini davam etdirirlər. Münsiflər heyəti yazılı açıqlama bildirsin. Niyə "Ömrün qış fəsli" filminin ssenarisi "piching" mərhələsinə çıxmadı? Əvvəlcədən bildiyiniz və müəyyən etdiyiniz şirkətlərə maliyyə ayırmaq niyyətiniz vardısa bu yalançı müsabiqə nəyə lazım idi. Yoxsa gözdən pərdə asmaq üçün lazım idi bunlar?" Geri qayıt |