Əsas Səhifə > Manşet / Siyasət > TƏBİB-in rəhbər sarıdan bəxti gətirmir

TƏBİB-in rəhbər sarıdan bəxti gətirmir


Bu gün, 06:33

Son günlər ölən xəstələrin qohumlarının, tibbi xidmət almaq istəyən pasiyentlərin, bəzi jurnalistlərin səhiyyə sistemindən şikayət və narazılıqları xeyli dərəcədə çoxalıb..." "DİA-AZ " xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış tibb işçisi Faiq Məmmədli qeyd edib.

O daha sonra fikrini belə davam etdirir: "Belə qənaətə gəlmək olar ki, artıq səhiyyə ocaqları şəfa yox, sanki mənəvi cəza mənbəyidir. Hörmətli TƏBİB-in yeni direktoru Anar Bayramov siz çox operativ və təcili şəkildə kadr dəyişikliyi aparırsınız.
Ancaq bu xalqa keyfiyyətli xidmətdən çox, özünüz üçün "təhlükəsiz kabinet" formalaşdırmağa daha çox oxşayır. Baxın görün bu ştatla, bu analgin və kordiaminlə Təcili Tibbi Yardım göstərə bilirmi? Poliklinika və xəstəxanalarda operativlik günü-gündən aşağı düşür.
Sizin dediyiniz əlçatanlıq, vətəndaş məmnunluğu, optimallaşdırılma budurmu?
Yeni direktorların təyinatının mənfi meyarlarla aparılması haqda ciddi şübhələr yaranmaqdadır.
Hörmətli Anar Bayramov, fəaliyyətinizdən aydın olur ki, Sizi Təcili kadr dəyişiklikləri maraqlandırır, ancaq əhaliyə göstəriləcək Təcili Tibbi Yardım maraqlandırmır.
Çox təəssüf...
Absesi sarğı qoymaqla sağaltmaq olmaz,onu yarmaq lazımdır..."


Geri qayıt