|
"Bu foto 2017-ci il dekabrın 18-də çəkilib. Emin Əmrullayev və dostlarının məclisidir. Təbii ki, burada qeyri-adi heç nə yoxdur, hər kəs dostları ilə yığışıb məclis təşkil edə bilər. Gözəl nümunədir və E.Əmrullayev həmin vaxt nazir deyildi, şöbə müdiri vəzifəsində çalışırdı. Fotodakı şəxslərin içərisində dünyasını dəyişən də var, Allah rəhmət eləsin..." "DİA-AZ" xəbər verir ki, bunu qeyd edən araşdırmaçı-jurnalist Samir Feyruzov aşağıdakı fotonu təqdim edərək, ilginc faktları ictimailəşdirib.
 Jurnalist yazır: "Amma gözəl olmayan odur ki, E.Əmrullayev nazir postuna gələn kimi bu dostlarının, qohumlarının, əsgər və sinif yoldaşlarının hamısına yüksək vəzifə verdi.
Bəs, onlar kimlərdir, Nazir maxinasiyaları kimlər əli ilə həyata keçirir, pulları kimlərin əli ilə qazanır, o, heç bir xidməti, fəaliyyəti, xüsusi istedadı olmayan kimləri milyonçuya çevirib, ən əsası, Azərbaycan təhsilini kimlərin əli ilə bazara çevirib?
E.Əmrullayevin nazirlikdəki adamlarının bir hissəsi ilə tanış olaq:
1) Nicat Zalanov - nazirin əsgər yoldaşı, Nazirliyinin Ərazi Tikinti Təhcizat İdarəsində şöbə müdiri
2) Valeh Mirzalıyev (selfini çəkən), nazirin dostu, Nazirliyinin Ərazi Tikinti Təhcizat İdarəsinin rəisi
3) Tural Ayvazlı - nazirin dostu, nazirin maliyyə məsələləri üzrə müşaviri
4) Zamiq Məmmədov - nazirin sinif yoldaşı, "İSTEAM" MMC-nin nominal direktoru. Şirkətin faktiki rəhbəri E.Əmrullayevin qaynı Nihad Həifəyevdir.
5) Elnur Əliyev - nazirin dostu, müşaviri və Təhsil İnstitutunun direktoru.
6) Anar Qarayev - bankir, Nazirliyin idarə rəisi Valeh Mirzalıyevin kürəkəni. Əsas funksiyası bu qruplaşma üçün tez bazar və uyğun şərtlərlə bankdan çoxmilyonluq kredit xətlərinin açılmasını təmin etməkdir
Məsələ bununla bitmir, siyahı çox uzundur adları çəkilən şəxslərin yaxınları, ailə üzvləri də təhsil sistemində müxtəlif vəzifələrə təyin olunublar.
Məsələn, T.Ayvazlının bacısı Xəyalə Əhmədzadə Bakı Şəhər Təhsil İdarəsinin müdir müavinidir..."
Geri qayıt
|