Əsas Səhifə > Manşet / Cəmiyyət > "Qəsdən dəyişdilər ki, fırıldaq etsinlər..."

"Qəsdən dəyişdilər ki, fırıldaq etsinlər..."


Bu gün, 12:10

Son günlər "Azəriqaz" istehsalat birliyi tərəfindən fərdi yaşayış yerlərində qaz sayğaclarını dəyişdirməsi faktlarından narazılıqlar durmadan artır. "DİA-AZ" bildirir ki, gileylənən vətəndaşlar məhz sayğacların yenilənməsindən sonra qaz sərfiyyatına görə ödənişlərinin ikiqat artmasını iddia edirlər.
Növbəti vətəndaş gileyi də bu qəbuldandır. Beləliklə, Səidə Yunus adlı sosial şəbəkə istifadəçisi yazır:
"Bizdə də xəbərimiz olmadan gəlib kartla olan sayğacı mexaniki sayğacla dəyişdilər. Elə o vaxtdan da 2 qat hesab gəlir. Kartla olanda bundan 2 dəfə az yazırdı və sayğac normal işləyirdi. Qəsdən dəyişdilər ki, fırıldaq etsinlər..."

Geri qayıt