Əsas Səhifə > Manşet / Hadisə > Jurnalist "ABB"dən şikayətçidir

Jurnalist "ABB"dən şikayətçidir


Bu gün, 11:23

"Bir aydan çoxdur "ABB bank"ın xidmətləri ilə bağlı ciddi bir problem yaşayıram".

NOCOMMENT.az xəbər verir ki, bunu jurnalist, ictimaiyyətlə əlaqələr və kommunikasiya üzrə mütəxəssis Sədrəddin Ağcayev öz sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib.

S.Ağcayev məsələni bu cür açıqlayıb:

"Xarici kartdan ABB kartıma köçürmə etdim. Xarici bank tərəfindən əməliyyatı tam təsdiqlənmiş, prosessinqdən keçmiş və hesabdan çıxılmış ödəniş ABB-də hələ də “bizdə görünmür” cavabı ilə qarşılanır.

Tranzaksiyanın bütün texniki detalları — Trace Audit No, Authorization Code, Merchant ID — təqdim olunub, qarşı tərəf bankdan rəsmi məktub formasında təsdiq verilib, lakin "ABB" öz sistemində araşdırma aparmaq əvəzinə məsuliyyəti üzərindən atır.

Müştəri olaraq mən "ABB"dən rəsmi təsdiq tələb etdim - onu da vermirlər. Bu cür yanaşma bank xidmətlərində şəffaflıq, cavabdehlik və proseslərin düzgün işləməsi ilə bağlı ciddi suallar yaradır və istehlakçı hüquqlarının qorunmasının nə qədər vacib olduğunu bir daha göstərir".


Geri qayıt