Əsas Səhifə > Manşet / Cəmiyyət > "Mənim hesablarımda hansı şübhəli əməliyyat var?"
"Mənim hesablarımda hansı şübhəli əməliyyat var?"Bu gün, 11:29 |
|
"Kapital Bank mənim şəxsi vəsaitlərimi və bütün hesablarımı bloklayıb, amma bu günə qədər mənim Kapital Bank hesablarımda hansı şübhəli əməliyyatın olduğunu göstərə bilməyib..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra müraciətini belə davam etdirir: "İndi isə 30 günlük “araşdırmadan” sonra mənə yazırlar ki, M10-da baş verdiyi iddia olunan hadisə ilə bağlı 8.200 manatın geri qaytarılmasını tələb edirlər.
Birincisi, həmin vəsait mənə dələduzluq yolu ilə gəlməyib. Vəsait dostumun öz adına, şəxsiyyət vəsiqəsi ilə rəsmən qeydiyyatdan keçirdiyi M10 hesabından göndərilib. Mən də bu məsələ ilə bağlı DTX-də izahat vermiş, pulun haradan gəldiyini və hara getdiyini bütün sübutlarla göstərmişəm.
İkincisi, həmin vəsait M10 hesabımdan Kapital Bank hesablarıma köçürülməyib. O zaman sual yaranır: M10-da baş verdiyi iddia olunan hadisəyə görə Kapital Bank mənim bank hesablarımı hansı hüquqi əsasla bloklayır?
Üçüncüsü, M10 (pashapay mmc) ilə mənim müqaviləm ayrıdır, Kapital Bank (kapital asc) ilə müqaviləm ayrı. M10-un hər hansı iddiası varsa, buyursun məndən izahat və sübut tələb etsin, hüquqi qaydada məsələni həll etsin. Kapital Bankın isə mənim hesablarımı bloklamaq üçün konkret hüquqi əsası olmalıdır.
Ən maraqlısı isə budur: mən Kapital Bankdan bloklamanın hüquqi əsasını soruşmuşdum. 30 gün gözlətdikdən sonra mənə hüquqi əsas təqdim etmək yerinə şifahi dediklərini sadəcə yazılı şəkildə təkrar göndəriblər.
Kapital Bank, konkret cavab verin: mənim Kapital Bank hesablarımda hansı şübhəli əməliyyat var? Hansı hüquqi əsasla şəxsi vəsaitimə çıxışımı məhdudlaşdırmısınız?
M10-da problem varsa, M10 mənimlə əlaqə yaratsın. Mənim Kapital Bank hesablarımda problem yoxdursa, niyə mənim pulumu bloklayırsınız?
Geri qayıt |