|
"Qeyd olunanların araşdırılmasına ciddi ehtiyac duyulur. Bəlkə yazılanlar doğrudur? Bu halda..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında paylaşan tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının NHMT sədri Mirvari Qəhrəmanlı olduqca ciddi ittihamların yer aldığı məlumatı təqdim edib. NHMT sədrinin istinadla təqdim etdiyi materialda deyilir: "Azəriqaz İB tərəfindən ölkə ərazisində aparılan cari təmir proqramı çərçivəsində balans sayğaclarının quraşdırılması üçün çəkilən qaz xətləri layihə şərtlərinə uyğun aparılmır. Belə ki ; - Layihəni reallaşdıran podratçı şirkət tərəfindən yeni çəkiləcək qaz xətlərində istifadə olunacaq boruların divar qalınlığı 57-lik boru(3mm),76-liq borular (3,5mm),108-lik borular(4mm) nəzərdə tutulsa da, tikinti zamanı 57-lik(2.5mm), 76-liq(2,8mm),108-lik(3mm). borulardan istifadə olunur . Yəni layihə smeta sənədlərində nəzərdə tutulan borular əvəzinə fərqli ölçülü borular çəkilib. Həmin boruların divar qalınlığına görə qiymətində də ciddi fərq vardir. Məs: 108-lik boruların elə 1metrində 11 manat fərq edir. Yəni layihə smeta sənədləri qalın divarlı boruların qiymətinə hazırlayıb , icra vaxtı isə daha nazik qalinliqli və qiymətcə fərqli (ucuz) borulardan istifadə olunub., Yəni yeni çəkiləcək küçə xətlərinin layihəsində çəkilən boruların divar qalınlığı 57lik boru(3mm),76liq borular (3,5mm),108-lik borular(4mm) göstərilsə də mövcud vəziyyət tam əksinədir. Sual: Reğionlarda aparılan,bəzilərində sona çatan yuxarıda qeyd olunan tikinti işləri Sifarişçi təşkilat olaraq Azəriqaz İB (RQİİ ) tərəfindən təhvil alınarkən , işin qəbulu sənədlərində layihə şərtlərinə əməl olunma faktları hansı förmada qeyd olunub. ??! Sonda: -Azəriqaz tərəfindən son illərdə podratçılar vasitəsilə çəkilmiş iri diametrli qaz kəmərlərinin istismara qəbulu prosesinin müstəqil texniki auditdən və yoxlamadan keçirilməsinə ciddi ehtiyac var. -Əgər normativ tələblərə cavab verməyən materiallardan və ya texniki həllərdən istifadə edilibsə, bunun səbəbləri, həmin işlərə kimlərin razılıq verdiyi və istismara qəbul aktlarının hansı əsaslarla imzalandığı ətraflı araşdırılmalıdır. -Regional Qaz İstismar idarələrinin baş mühəndislərinin podratçıların təqdim etdiyi obyektləri hansı texniki əsaslarla qəbul etməsi də şəffaf şəkildə yoxlanılmalıdır. Əgər hər hansı nöqsanlar və ya pozuntular mövcuddursa, buna görə məsuliyyət daşıyan şəxslər müəyyən edilməli və qanunvericiliyə uyğun tədbirlər görülməlidir. -İctimai təhlükəsizlik baxımından qaz təsərrüfatında heç bir texniki nöqsana göz yumulmamalıdır..."
Geri qayıt
|