Əsas Səhifə > Manşet / Gündəm > Rövşən Nəcəf cənabları da büdcə pullarını BELƏ MƏNİMSƏYİR

Rövşən Nəcəf cənabları da büdcə pullarını BELƏ MƏNİMSƏYİR


Bu gün, 05:23

"Təəssüf ki hazırkı SOCAR rəhbərliyi bu gün ancaq və ancaq "necə yeyim, necə talayım" axtarışındadır. Savadsız, təcrübəsiz, nömrə satan, alverçi kadrları neft hasilatını gorbagor etməkləri azmış kimi, "belə də olmalıdır" deyərək artıq göz görə-görə oğurluq edirlər. Daha yuxarı rəhbərliklərə və orqanlara şikayətlər, sübutlar belə veclərinə deyil..." "DİA-AZ" xəbər verir ki, bunu Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sosial şəbəkə hesabındakı paylaşımında SOCAR işçisi Teymur Ağayev qeyd edib.

O daha sonra özünün etiraz dolu müraciətində belə davam edir: "Görün, indi hansı variantla yeyirlər: yəqin oxumuş olarsınız mediadan, SOCAR-a yaxın yeni bir şirkət yaradılıb - "SOCAR Drilling"... Rəhbəridə hamıya SOCAR Qazma Trestindən məlum olan Rəşad Əsgərovdur. Bu yoldaş nəqliyyat idarəsində qazma işlərində o qədər "fərqlənmişdi" ki buna qazma trestinə rəis vəzifəsindən əlavə, vitse-prezidentin müavini vəzifəsini də veriblər. İndi də üstəlik "SOCAR Driling" şirkətinin rəhbəri... Bir yoldaş səhmləri SOCAR-a və 100% dövlətə məxsus olan Qazma Trestinin rəisindən əlavə, eyni işi SOCAR-a yaxın bugün yaradılmış "SOCAR Drilling" şirkətində də niyə görsün ki?

Səbəbi çox sadə və açıqdır: yemək istəyənlər Qazma Tresti vasitəsi ilə rahat yeyə bilmirlər! Bunun gələcəkdə auditi var, ayrı-ayrı dövlət orqanları tərəfindən gec-tez yoxlanılması var. Bu zaman səhmləri tam SOCAR-a aid olmayan, "SOCAR Drilling" kimi SOCAR-a yaxın yeni bir şirkət açılır və bu şirkətin səhmdarları isə müəyyən qədər (adətən 51% dən çox) SOCAR, yerdə qalanları isə çox zaman xarici ölkələrdə qeydiyyatdan keçmiş yemək istəyənlərin şirkətləridir. Bu zaman kağız üzərində işlər, layihələr bu şirkət vasitəsi ilə görülür, oğurluyub yeyənlər isə rahat və qanuni şəkildə yeyirlər. Faktiki SOCAR Qazma Trestinin görməli olduğu işləri başqa bir şirkət görür və nəticə olaraq gec-tez SOCAR Qazma Tresti artıq ziyana işləyir və ixtisarlar başlayır. Belə halın xarici ölkələrdə adı var "conflict of interest"... yəni maraqların toqquşması və bu rəsmi cinayət sayılır. Layihələrin, tenderlərin verilməsində rəhbərliyə aid olan heç bir kəsin qohumu, tanışı və dostu olan şirkətə verilə bilməz, bu halda isə tenderi verən özü, alan özü. Cənab Qazma Trestinin rəisi, vitse prezidentin müavini, nəqliyyatçı Rəşad bəy Əsgərov, heç olmasa yeni yaranan şirkətə qaynana, qayın, familyası sizinlə üst üstə düşməyən başqa bir tanışınızı keçirərdiniz, vallah açıq aydın "conflict of interest"dir sizin 3-cü yeni vəzifəniz..."


Geri qayıt