Əsas Səhifə > Manşet / Araşdırma / Güney Press > Abşeronneft NQÇİ-nin vəzifəli şəxsi SOCAR-ın İŞLƏK NEFT BORULARINI KƏSİB SATIR
Abşeronneft NQÇİ-nin vəzifəli şəxsi SOCAR-ın İŞLƏK NEFT BORULARINI KƏSİB SATIRBu gün, 14:11 |
|
SOCAR Abşeronneft Neft Qaz çıxarma idarəsinin İstehsalat proseslərinin Avtomatlaşdırılması və Nəzarət Ölçü cihazları sahəsinin rəisi Gözəlov Xanhüseyn Tahir oğlu tərəfindən SOCAR prezidenti cənab Rövşən Nəcəfə şok ittihamların yer aldığı müraciət ünvanlanıb. "DİA-AZ" xəbər verir ki, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının ictimailəşdirdiyi bu müraciətə videodəlillər də əlavə olunub.
Müraciəti olduğu kimi təqdim edirik: "Hörmətli cənab Rövşən Nəcəf, SOCAR, Azneft İB, Abşeronneft NQÇİ-nin vəzifəli şəxsi tərəfindən SOCAR -a məxsus olan dəniz özülləri, borular, təhlükəli şəraitdə kəsilərək satılır. Kəsilmə zamanı Xəzər dənizinin eko sistemi çirkləndirilir. Son dönəmdə Xəzərin Dübəndi və Şüvəlan sahillərində olan neft çirklənmələri məhz bu səbəbdən baş vermişdi .Sonuncu dəfə belə hal 18.06.2026cı il tarixində müşahidə olunmuşdur. Bununla əlaqədar ,istismara yararlı olan, dövlətə məxsus boruların kəsilərək mühafizə olunmayan ərazilərdən gəmilər vasitəsi ilə təhlükəli şəkildə ərazidən uzaqlaşdırılmasını əks etdirən videogörüntünü və dənizin neft ləkələri ilə çirklənməsi ilə bağlı video görüntüləri Sizə təqdim edirəm.
Videoda 250 saylı Stasionar Dəniz özülünün sökülməsi və 11 saylı estakadada olan 8 düyməlik istismara yararlı olan neft xəttinin qanunsuz şəkildə heç bir sənəd və icazəsi olmadan kəsilərək qara metal kimi götürülməsi qeyd olunub.
250 saylı SDÖ nün sökülməsi 2026 -cı ilin yanvar fevral aylarında , boruların sökülməsi isə 2026- cı ilin iyul ayında həyata keçirilib.
Qeyd olunan faktlar barədə,idarədəki qohumbazlıq və s.haqqında məlumatları, şirkətə, müvafiq dövlət qurumlarına verdikdən sonra mənə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Rəhbərlik etdiyim sahədə idarə rəhbərinə yaxın olan işçi tərəfindən mənə qarşı şər və böhtan atılmışdır. Hansı kı, məsəıə ilə bağlı heç bir məlumatım yoxdur. Bu da öz növbəsində korrupsiya iıə bağlı müraciət edən şəxsə qarşı hədə qorxu və böhtan atma əməlidir.
Təəssüf hissi ilə bildirmək istəyirəm ki, idarədə olan qohumbazlıq, korrupsiya, və s.barəsində SOCAR rəhbərliyinə dəfələrlə müraciət etsəm də, heç bir tədbir görülmür. Bütün hallarda problem SOCAR prezidentinin müşaviri Zaur Qəhrəmanov tərəfindən araşdırılmadan bağlanır.
Yuxarıda qeyd olunanları nəzərə alıb, dövlətə məxsus özül və boruların qanunsuz şəkildə kəsilərək mənimsənilməsinin, ətraf mühitin çiklənməsinin qarşısının alınması , korrupsiya faktı ilə bağlı müraciət etdiyim üçün idarə rəhbərliyi tərəfindən mənə qarşı olan təhdid və təzyiqlərin qarşısının alınması üçün yardımçı olmanızı xahiş edirəm..."
VİDEO 1: baxmaq üçün tıklayın...
VİDEO 2: baxmaq üçün tıklayın...
VİDEO 3: baxmaq üçün tıklayın...
VİDEO 4: baxmaq üçün tıklayın...
VİDEO 5: baxmaq üçün tıklayın...
Geri qayıt |