Əsas Səhifə > Manşet / Sosial > "Bəlkə də evi çoxdan başıma uçuracaqdılar.."
"Bəlkə də evi çoxdan başıma uçuracaqdılar.."Bu gün, 10:06 |
|
"Mən bu ilin fevral ayında ev tikintisi üçün "HighFoundationConstruction" (eyni zamanda "Deluxe construction" adı ilə də fəaliyyət göstərirlər) şirkəti ilə razılaşdım, amma olmaz olaydım..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ictimai fəal Sevinc Şabanova qeyd edib.
O daha sorna başına gələnləri belə nəql edir: "Başqa insanların da mənim kimi zərər çəkməməsi, bu insanların toruna düşməməsi üçün başıma gələnləri sizinlə bölüşürəm.
Hal-hazırda evin sadəcə tamamlama işləri qalıb, amma şirkət nümayəndələri yoxa çıxıblar – nə zənglərə, nə də mesajlara cavab verirlər. Mənim bu şirkətə 1 manat belə borcum yoxdur, əksinə, onların mənə borcu var!
İş prosesində yol verdikləri fırıldaqlar və özbaşınalıqlar isə tam bir biabırçılıqdır. Üstlərində durub nəzarət etməsəydim, bəlkə də evi çoxdan başıma uçuracaqdılar:
Beton monolit təbəqə verilməli olan yerlərə taxta atmalar quraşdırdılar. Özüm vaxtında görüb müdaxilə etdim və dərhal qarşısını aldım!
Müqavilədə rəsmi şəkildə "Zavod armaturu BSC" qeyd olunmasına baxmayaraq, layihəyə tamamilə zidd, standartlara cavab verməyən və mənşəyi məlum olmayan "sex armaturu" gətirib istifadə etdilər. Bunu da aşkar edib hamısını sökdürdüm və məcbur edib yenidən zavod armaturu gətirtdirdim.
Mən etdim, siz etməyin! Ev tikdirəndə şirkətləri çox dərin araşdırın və ən əsası tikinti prosesinə daim özünüz nəzarət edin, yoxsa arxadan min cür iş çevirirlər..."
Geri qayıt |