Əsas Səhifə > Manşet / Hadisə > Təcili Tibbi Yardımın işçiləri ikiqat əməkhaqqı almalıdır... NİYƏ VERMİRSİNİZ?

Təcili Tibbi Yardımın işçiləri ikiqat əməkhaqqı almalıdır... NİYƏ VERMİRSİNİZ?


Bu gün, 05:17
"Son günlər televiziyada, mətbuat və sosial şəbəkələrdə iddia olunur ki, guya əhali tərəfindən Təcili Tibbi Yardıma əsassız çağırışlar verilir ki, bu da TTY-nin işinə, yəqin ki keyfiyyət və operativliyinə mənfi təsir göstərir..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış tibb işçisi Faiq Məmmədli qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Qeyd edək ki, həqiqətən bəzi hallarda yalançı çağırışlar, ünvanı düz verməmək, təcili tibbi yardımın performans göstəriciləri və profilinə uyğun gəlməyən çağırışlara rast gəlinir.
Ancaq bunun qarşısını almaq əvəzinə,TƏBİB neçə ildir bunun qarşısını almaq əvəzinə elə statistikanı amputasiya etməklə məşğuldur.Bəlkə poliklinikalar,sahə həkimləri düz işləmir, hətta TTY -a çağırışları özləri təşkil edir!!????Axı, poliklinika xidmət raduisu ilə 10-15 km məsafədə yerləşirsə həkim ora nə ilə getməlidir, üstəlik yaşlı adamlar, xroniki xəstələr nə ilə poliklinikaya getməlidir??!? Deyirsiniz qızdırma əsassız çağırışdır,onda O xəstə poliklinikaya gedə bilmir və məcburi TTY çağırır
Xəzər rayonu Binə, Hərbi şəhərcik qəsəbələrinin sakinləri ən azı 7-10 kim məsafə qət edərək poliklinikaya gedə bilər, həkimlər isə getmək istəmir və deyilinə görə hiylə ilə çağırışları TTY -a transfer edirlər
Təbib çox gözəl bilir ki, poliklinika həkimləri çağırışa ambulans (poliklinika üçün)və dərmanlarla getməlidir.
TƏBİB bu problemi aşkar surətdə həll etmək istəmir, təəssüf ki, yeni direktor bu yanlış yanaşma ilə heç nəyə nail ola bilməz.TƏBİB bu gün deyir ki,6ayda TTY -də 38 min "əsassız çağırış"qeydə alınıb .
Sual olunur TƏBİB neçə ildir bunu deyib niyə qarşısını almaq isəmir, əsassız çağırış əgər digər xəstələr üçün təhlükə törədirsə niyə ona gedilir və cərimələr tətbiq edilmir, üstəlik əsassız çağırış deyilənə yerinə yetirməyən həkimi inzibati, xəstə ölərsə cinayət məsuliyyəti gözləyir.
Məhz bu amilləri nəzərə alaraq TƏBİB öz səriştəsiz və qeyri rasional idarəetmədən söhbət açmır, sanki silah kimi "əsassız çağırış"dan istifadə etməklə əhaliyə yalan danışır.
Təkcə Bakıda TTY briqadalarının sayı normadan 2 dəfə aşağı olduğunu nəzərə alsaq, deməli həkimlərin iş yükü və iş həcmi artır,buhəm gecikmə,həm səhv diaqnoz və səhv yardım deməkdir
TƏBİB bilmir ki, 12saat ərzində tonometr və termometrlə 12-15 və daha çox "diaqnoz qoymaq"mümkün deyil, mən bunu iddia etmirəm, məsləhət görürəm ki, iyun ayında Bakıda 7600 xəstə hospital izasiya olunub TTY briqadaları ilə, araşdırma aparılsın TTY diaqnozları və xəstəxana epikrizəri,onda aydın olar ki, həkimlər ikiqat artıq işləyəndə diaqnostik səhvlər qaçılmaz olur.Əhali TTY çağırır ki,ona səhv diaqnoz və səhvalma tibbi yardım edilsin!???
Bu zaman TTY həkimləri qanunvericiliyə görə 2qat əməkhaqqı almalıdır, niyə bunu vermirsiniz????!?
Digər tərəfdən TTY işçilərinin əmək və peşə hüquqları Əmək Məcəlləsinin ən azı 8-10 maddəsi üzrə kobud şəkildə pozulur.
Beləliklə, TTY sahəsində TƏBİB həm tibb işçilərinin,həm də pasiyentlərin hüquqlarını qoruya bilmir, öz işində də dönüş yaratmağa cəhd etmir..."

Geri qayıt