Əsas Səhifə > Manşet / Güney Press > Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU...

Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU...


Bu gün, 15:13

"Azərbaycan Respublikası Səhiyyə Nazirliyinədir etirazım..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Elşən Hüseynsoy adlı istifadəçi qeyd edərək gileylənir.

Narazı vətəndaş daha sonra bildirir: "Kimsə SN-dən izah edə bilərmi ki, uşaqlara məktəbə, bağçaya arayış almaq üçün niyə öz qeydiyyatda olduğumuz poliklinikada yoxlanışları etmirik?

Deməli, bəziləri burda... digərləri basqa rayon ərazisində... niyə? Təsəvvür edin ki, Qaradağda yaşayan körpə uşaqlı Binəqədiyə... Binəqədidə yaşayan da digər poliklinikalara yönləndirilir... Nədir bu? Hansı islahatları aparırsız?"


Geri qayıt