Əsas Səhifə > Manşet / Üçüncü sektor / Güney Press > Ucarda vəzifəli şəxsin qan donduran əməlləri ifşa olunur

Ucarda vəzifəli şəxsin qan donduran əməlləri ifşa olunur


Bu gün, 11:32

Ucar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəis müavini barədə qanunsuzluq iddiaları səsləndirilir.

Ucar rayonunda Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəis müavini olduğu bildirilən Zaur adlı vəzifəli şəxslə bağlı Denmedia.az-ın qaynar xəttinə ciddi iddialar daxil olub.

Daxil olan məlumata əsasən, sözügedən şəxsin uzun illər vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi, müxtəlif kəndlərdə özünə yaxın şəxsləri yerləşdirərək vətəndaşlardan qeyri-qanuni şəkildə pul yığdığı iddia olunur.

Məlumatlarda o da bildirilir ki, rayon mərkəzinə yaxın ərazilərdə, eləcə də kəndlərdə vətəndaşlara məxsus balıqçılıq təsərrüfatlarına və digər istifadəçilərə suvarma suyunun qanunsuz olaraq ödəniş müqabilində verildiyi iddia edilir. Bu səbəbdən bəzi kəns sakinləri su üzünə həsrət qaləb.

Redaksiyamıza daxil olan digər məlumata görə, bu iddialarla bağlı Ucar rayon Regional Su Meliorasiya Xidmətinin rəisi Müşfiq Məmmədovun məlumatlı olmadığı bildirilir. Lakin bu məsələnin aidiyyəti qurumlar tərəfindən araşdırılması və səsləndirilən iddialara hüquqi qiymət verilməsi vacib hesab olunur.

Qeyd edək ki, hazırda redaksiyamız iddiaların təsdiqi üçün aidiyyəti qurumların mövqeyini öyrənməyə çalışır. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Redaksiyamıza daxil olan məlumatlar əsasında sözügedən vəzifəli şəxsin fəaliyyəti ilə bağlı digər iddialar da araşdırılır. Yeni faktlar əldə olunduqca ictimaiyyətə təqdim ediləcək.

Nizami Rəsulov

Denmedia.az


Geri qayıt