|
"Bayırşəhərdəki söküntü ilə əlaqədar İnsan Hüquqları üzrə Müvəkkil 09 iyun 2026-cı il tarixində Nazirlər Kabinetinə müraciət ünvanlayıb. Amma..." "DİA-AZ" xəbər verir ki, bu sözlər sakinlər adından edilən müraciətdə yer alıb. Müraciətdə daha sonra deyilir: "20 iyul 2026-cı il tarixinə kimi cavab verilməməsi İnsan Hüquqları üzrə Müvəkkilə hörmətsizlikdir yoxsa, çoxsaylı sakinlərə? Bəlkə başqa nəsə var? Bəlkə qaydalar belədir? Bəlkə, bəlkə, bəlkə... Bəlkələr bitmir amma, Bayirsəhər quldurcasına məhv edilir. Sakinlərin evləri əşyaları qarışıq içərisində yaşadıqları halda vəhşicəsinə dağıdılır. Qanunlara təcavüz edilir. Aidiyyatı qurumlar iflic vəziyyətindədir. Ay haray... kimsə yoxdurmu?.. səs verin səsimizə Azərbaycan Dövlətdir! Heç kimin haqqı yoxdur Dövləti özfəaliyyət dərnəyinə cevirməyə! Heç kimin haqqı yoxdur dinc sakinlərə amansız zülm etməyə! Dövlətimizin mükəmməl atributları var! Konstitusiyası, digər qanunları var! Heç bir qanunda Bakı şəhər İcra Hakimiyyətinin Təftiş və Nəzarət şöbəsinin müdiri Zülfəli İsmayılova TOXUNULMAZLIQ statusu verilməsi əks olunmadığı halda, de-fakto toxunulmazdır. Sakinləri kim vəhşiliklərdən xilas etməlidir?"

Geri qayıt
|