Əsas Səhifə > Manşet / Siyasət > TƏBİB-in "əsassız çağırış" adında bir silahı var...

TƏBİB-in "əsassız çağırış" adında bir silahı var...


Bu gün, 07:46

"Anar Bayramov TƏBİB-in direktoru təyin ediləndə tibbi xidmətin ən çətin və ən zəruri sahəsi olan təcili tibbi yardımda kadr dəyişikliyi etdi, gözləmək olardı ki, digər islahatlar da həyata keçiriləcək, amma..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış tibb işçisi Faiq Məmmədli qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Təəssüf ki, belə olmadı.Bu günlərdə yayılan rəsmi məlumata görə Bakı şəhərində İyun ayında təcili tibbi yardıma (TTY) ,55000 çağırış daxil olub, onlardan da guya 4770 çağırış əsassız (???) kimi qeydə alınıb. Qeyd edək ki, TTY -nin beynəlxalq performans göstəricilərində "əsassız" çağırış anlayışı yoxdur, yalançı çağırışlar var, O da Türkiyədə olduğu kimi cərimə ilə nəticələnir, miqdarı isə 400-700 manat arasında dəyişir.
TTY -də əsas göstəricilər gecikmə, uyğunsuz diaqnozlar, çağırış yerinə çatmaq müddəti (15 dəqiqə) və s. TƏBİB öz yarıtmaz fəaliyyəti nəticəsində TTY -də bu qədər nöqsanları, gecikmələri və digər neqativ halları kənara qoyub guya əhali əsassız çağırış verir (???)
Bununla demək istəyirlər ki, TTY -də baş verən bütün neqativ halların günahı "əsassız"çağırış verən əhalidədir. Əgər belədirsə niyə bir nəfər də cərimə olunmur tam tərsinə "əsassız"-a getməyən həkimi inzibati cəza gözləyir. Misal üçün bunlar temperatura görə çağırışı əsassız hesab edirlər, halbuki appendisitdə, infarktda da qızdırma olur, Balaxanım xala haradan bilsin ki, TƏBİB-in "əsassız çağırış" adında bir silahı var. Bu "silahla"Təbib TTY -də baş verən bütün neqativ halları, nöqsanları qanunsuzluqları ustalıqla əhaliyə "transfer"edir, hələki... Ancaq bu yaxınlarda Hesablama palatası və Maliyyə nazirliyi tərəfindən aparılan yoxlamalar nəticəsində TTY -də ciddi maliyyə pozuntuları aşkar edilib.
Bəlkə bunun da günahı əhalidədir?"


Geri qayıt