Əsas Səhifə > Manşet / Gündəm > Tanınmış jurnalistdən İLGİNC açıqlama: "Dəstəklədiyim yeganə kişi Vasif Talıbov olub"

Tanınmış jurnalistdən İLGİNC açıqlama: "Dəstəklədiyim yeganə kişi Vasif Talıbov olub"


Bu gün, 07:15

"Naxçıvanın gülməli siyasi əhvalatları barədə ömür vəfa etsə, pensiya yaşımda kitab yazacağam. İndi yazsam, inanın ki, yer yerindən oynayar. Özümü zor saxlamışam..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist, Naxçıvanda rəsmi nəşr hesab olunan "Şərq Qapısı" qəzetinin baş redaktoru olmuş Sara Əzimova qeyd edib.

 O daha sonra fikrini belə davam edir: "Elə bil indi də 2022-ci ilin ssenarisi yenidən təkrarlanır. Dəhşətə gəlirəm. Sizlər deyildinizmi ki, sədr Vasif Talıbov vəzifədən gedəndən sonra vəzifəyə gələn Fuad Nəcəflini bağrınıza basan, vəzifə əldə etmək üçün hər cür addım atan? Fuad Nəcəflinin "yarıtmaz kadr siyasəti" dediyiniz siyasəti də vaxtilə elə siz dəstəkləyirdiniz. Ceyhun Cəlilovun Baş nazir vəzifəsinə gəlməsində Fuad Nəcəflinin təşəbbüsü və səyi olduğu siyasi dairələrdə sirr deyil. Əgər bu gün Ceyhun müəllimin fəaliyyətini uğurlu hesab edirsinizsə, onda bu məsələdə Fuad müəllimin rolunu da etiraf etmək lazımdır. Elə deyilmi?..
Mən başa düşürəm ki, yeni rəhbərliyin diqqətini qazanmaq, vəzifə tutmaq ümidi ilə hər fürsətdə təriflər yağdırılır, görüşlər keçirilir. Amma yerlibazlıq edib, insanları tanımadan, onların peşəkarlığını bilmədən təhqir etməklə özümüzü cəmiyyət qarşısında nüfuzdan salmayaq.
Heç kəs heç kimin "kadrı" deyil. Hər kəs bu dövlətin vətəndaşı, bu Vətənin övladıdır. Naxçıvan da Azərbaycanın ayrılmaz hissəsidir.
Təəssüf ki, bizdə bir adət formalaşıb: Naxçıvandan gedən kimi insanların arxasınca danışmaq, onlara müxtəlif damğalar vurmaq. El arasında da əbəs yerə deməyiblər: "Naxçıvanda ala qarğa bala çıxarmaz."
...Naxçıvanda açıq şəkildə dəstəklədiyim yeganə kişi Vasif Talıbov olub. Bu, mənim mövqeyimdir. Digər heç kimlə bağlı nə mediada, nə sosial şəbəkələrdə, nə də başqa platformalarda bu cür dəstək xarakterli yazılarımı tapa bilməzsiniz. Doğmalarım dostlarım,hətta Fuad Nəcəfli də yaxşı bilir. Rəsmi tədbirlərdə jurnalist kimi iştirak etmişəm, foto çəkdirmişəm — bu, peşə fəaliyyətimin bir hissəsidir.
Çalışdığım qurumlarda gördüyüm işlər isə ortadadır. Görünən dağa bələdçi lazım deyil.
Ceyhun Cəlilovun da Naxçıvanda uğurlu işlər görməsini mən də hamı kimi arzulayıram. Lakin müşahidə etdiyim gedişat məndə nikbinlik yaratmır. Təki yanılım. Çünki söhbət hansısa şəxsdən deyil, Naxçıvanın gələcəyindən gedir..."


Geri qayıt