Əsas Səhifə > Manşet / Siyasət > "Artıq ikinci dəfədir ki.."

"Artıq ikinci dəfədir ki.."


Bu gün, 07:52
"Hörmətli Expargo şirkəti, əgər Çindən bağlama çatdırılmasını normal təşkil edə bilmirsinizsə, bu xidməti ümumiyyətlə təklif etməməlisiniz. Artıq ikinci dəfədir xidmətinizdən istifadə edirəm və eyni problemlə qarşılaşıram..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Fərid Cəfərov adlı istifadəçi yazır.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Normal logistika ilə Çindən bağlama həftənin 5-ci günü çıxır və növbəti həftənin ortası təhvil verilir. Sizdə isə 3 həftədir bağlamadan heç bir xəbər yoxdur, sistemdə sadəcə "yoldadır" yazılır. Məlumat mərkəzində isə müştərilərə yalan və qeyri-dəqiq məlumatlar verməkdən başqa bir iş görülmür.
Bu qədər gecikmə və məsuliyyətsizlik qəbuledilməzdir. Bağlamamın taleyi ilə bağlı təcili və dürüst cavab gözləyirəm..."

Geri qayıt