Əsas Səhifə > Manşet / Gündəm > Bu 30 ildə Qarabağ azad olundu, Əliabad-Piran yolu çəkilmədi...

Bu 30 ildə Qarabağ azad olundu, Əliabad-Piran yolu çəkilmədi...


Bu gün, 06:53

"30 ildir Lerik sakinlərinin müraciətləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəhbərliyi tərəfindən qulaqardına vurulur". "DİA-AZ" xəbər verir ki, bunu AAYDA-nın yeni şefi Vüsal Nəsirliyə ünvanlanmış müraciətlərində sakinlər bildirir.

Müraciətdə daha sonra deyilir: "Lerikin 10 min əhalisinin gündəlik həyat yolu olan bir yeri - Əliabad-Piran yolunun tikilməsi haqqında bizim çoxsaylı şikayətlərə baxan yoxdur.

30 ildir ki, biz durmadan, davamlı olaraq aidiyyatı qurumlara və şəxslərə müraciət edirik. Amma nə faydası? Bu 30 ildə Qarabağ azad olundu, Əliabad-Piran yolu çəkilmədi..."


Geri qayıt