Əsas Səhifə > Manşet / Hadisə > "Peşə kurslarına qəbulda tapşırıq və qohumbazlıq..."

"Peşə kurslarına qəbulda tapşırıq və qohumbazlıq..."


Bu gün, 09:54

Dövlət Məşğulluq Agentliyinin fəaliyyəti yenə də narazılıq yaradıb. Daha doğrusu, fəaliyyətsizliyi və yaxud da burada baş verən özbaşınalıqlar, korrupsiya halları artıq vətəndaşları çilədən çıxarıb, desək, yanılmarıq... Elə bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyevə edilən müraciətdən də anlaşılır. "DİA-AZ" olaraq bir nüsxəsi də redaksiyamıza ünvanlanan həmin müraciəti təqdim edirik:

"Dövlət Məşğulluq Xidməti insanları sui-istifadəyə məruz qoyur, peşə kurslarına qəbulda tapşırıq və qohumbazlıq halları, süründürməçilik hökm sürür.

Gizli imtahanlar keçirib öz adamlarını kursa qəbul edirlər, ya da ümumiyyətlə, reklam kimi adı getsə də, ümumiyyətlə, hər hansı kurs təşkil olunmur.

Bununla bağlı cənab nazir Anar Əliyevə edilən müraciətlərə isə baxılmır. Bir dəfə də olsun DMX-dən heç kim maraqlanmayıb... elə bil etdiyimiz müraciətləri havaya, suya deyirik... Boşuna söyləyirik sözümüzü... Rəsmi qaydada ay ərzində on dəfə müraciət edilsə də, cavab verilmir. Şikayətlərə baxılmır, qaynar xətt operatorları vətəndaşlarla kobud danışır... Bəhanə edib dövlət qurumunu müdafiə edirlər! Dərdimizi kimə deyəcəyimizi bilmirik, biabırçı bir vəziyyətdir!..."


Geri qayıt