Əsas Səhifə > Manşet / Gündəm > Bu məhkəmə sədrinin təyinatı QANUN POZUNTUSU İMİŞ...
Bu məhkəmə sədrinin təyinatı QANUN POZUNTUSU İMİŞ...Bu gün, 06:29 |
|
Özünü hər yerdə MƏHKƏMƏLƏR KRALI deyərək öyünən, dövlətin ən ali hakimiyyət qollarından birinin ədalətini şübhəyə alan Nazim Tahirovun bu münasibətləri ilə bağlı hətta Lətifov Alim Zirəli oğlu tərəfindən düşdüyü çıxılmaz durumla bağlı Azərbaycan Respublikasının Ədliyyə Naziri Fərid Əhmədov cənablarına və Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri, Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov cənablarına da müraciət ünvanlanmış, kömək istənilmişdir. Çünki bir zamanlar Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəisi, Baş icra məmuru vəzifələrini tutan Nurəddin Mustafayevin, habelə bir neçə məhkəmə sədrinin adı məhz Nazim Tahirovun üzvü olduğu şəbəkə ilə ortaqlıqda hallanır, bununla bağlı Fərid Əhmədov və İnam Kərimovdan kömək istənilir. Keçən günlərdə vəd etmişdik ki, ayrı-ayrı sahibkarları saxta məhkəmə qərarları ilə müflis duruma salan və hətta intihar həddinə çatdıran Nazim Tahirovun güvəndiyi bir neçə məhkəmə instansiyası var ki, onlardan biri də Qaradağ rayon məhkəməsidir. Son günlər məhz bu qurumdan və bu rayonun məhkəmə icra şöbəsindən aldığı dəstək hesabına Nazim Tahirov yeni quldur planlarını icra etməkdədir. Əldə etdiyimiz məlumatlara görə, bu işdə adı hallanan Qaradağ məhkəməsinin sədri Xəyal Sarıyev nə qədər neytral görünməyə çalışsa da, başlıca maraqlı tərəflərdən biri kimi çıxış edir. Ona görə də bu gün Nazim Tahirov kimi SAHİBKAR QƏNİMİ asanlıqla "məhkəmələr mənə işləyir" deyə bilir.
Sarıyev Xəyal Əjdər oğlu haqqında bu məlumatlar yerləşdirilib: Burada, Sarıyevin bioqrafiyasında diqqət çəkən bir məqam isə çox ciddi qanun pozuntusu hesab olunmalıdır. Qanunun tələbinə görə, hakim hüquqşünas ixtisası üzrə 5 ildən artıq iş stajına malik olmalıdır, amma Xəyal Sarıyevin bioqrafiyasından görünür ki, 2005-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsinin məzunu olduqdan cəmi 3 il sonra – 2008-ci ildə Nizami Rayon Məhkəməsinin hakimi təyin olunub. Bu faktın gərəkən formada araşdırılması həm Fərid Əhmədov üçün bir ədliyyə naziri olaraq, həm də İnam Kərimov üçün bir Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri, Məhkəmə-Hüquq Şurasının sədri olaraq MÜHÜM VƏZİFƏ BORCU ƏHƏMİYYƏTİNDƏDİR. Məhkəmə sistemi hər bir dövlətin NAMUSU hesab olunur. Burda isə LƏKƏ kimi görünən istənilən şübhəli məqam ciddi qiymətləndirmə zərurəti altında olmalıdır. Əgər iddia olunanlar ciddi hüquqi əhəmiyyət daşıyırsa, bu, təkcə Sarıyevin hakimlik karyerasını yox, onun bu vaxta qədər hakim kimi verdiyi qərarların hüquqi çəkisini də şübhəyə almış olacaq. Haydı cənablar... Vəzifə borcunuzu yerinə yetirmək sırası sizdədir... Biz isə izləməyə, müşahidələrimizi paylaşmağa davam edəcəyik. Geri qayıt |