Əsas Səhifə > Manşet / Araşdırma / Güney Press > "İnsanı bu qədər istismar etməzlər axı!"
"İnsanı bu qədər istismar etməzlər axı!"Bu gün, 15:48 |
|
"Araşdırılmasına ciddi ehtiyac duyulur..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında yazan tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı əlaqədar qurum və şəxsləri təcili tədbir görməyə səsləyir.
NHMT sədri daha sonra əlavə edir: "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin192-ci maddəsinə əsasən, işçinin: ezamiyyə xərclərinin, məzuniyyət və əmək haqlarının-qanunvericiliklə nəzərdə qaydada ödənilməsində tutulmuş müavinət və digər ödənişlərin ödənilməsində qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər 700 manatdan - 1500 manatadək məbləğdə cərimə edilir..."
Bunun ardından M.Qəhrəmanlı SOCAR Nəqliyyat idarəsinin 2 ,1 və 6 saylı qarajından olan işçilərin müraciətini təqdim edib. Müraciətdə deyilir:
"Nəqliyyat idarəsində sürücü işləyirik.
1 İyul tarixindən məzuniyyətə çıxmışıq. Artıq ayın 13 -dür bizim məzuniyyət pullarımız hələ də ödənilməyib. Mühasibatlığa zəng vururuq deyirlər pul yoxdur. Belə biabırçılıq olarmı?
Avtomobillərə nə ehtiyat hissələri verilmir, nə də ustaynan təmin etdirmirlər. 500 manat əmək haqqı verirlər, onun da 200 manatı ehtiyat hissələri maqazininə gedir.Hələ bir adamı borclu çıxarırlar ki maşını sən sürürsən, sən xarab etmisən idarənin avtomobilini ,Başa sala bilmək olmurki qardaş bu ömrünü bitirib kilometrajı bitib bu ehtiyat hissəsinin
4 aydan bir zorla boynumuza yanacaq əksikliyi var deyib maaş keçən vaxtı yığıb birinə deyirlər 80 litir əskiyin var, birinə 100 litir əskiyin var birinə 50 litir.
523 manat maaş verirlər deyirlər həm maşını düzəltdir, həm yanacaq vur həm də apar ustalara pul ver. Mən 523 manatı neçə yerə bölüm? Deyirsən ki pulum yoxdur duzəltdirməyə göturub qəsdnən verirlər boş dayanmaya. Aylarnan deyirlər gəl otur idarədə 66 faizini al. Qəsdən aylarla saxlayırlar boş dayanmada. Boş dayanmanın da pulu avtobus pulu edir. İnsanı bu qədər istismar etməzlər axı!
Qeyd edək ki, Azərbaycan Respublikası Əmək Məc-nin 310-cu maddəsinə əsasən: İstər işçilər, istər işəgötürənlər, istərsə də başqa fiziki şəxslər Əmək Məcəlləsi və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarda nəzərdə tutulan hüquqları pozmağa, məhdudlaşdırmağa görə maddi, intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyır...
Geri qayıt |