Əsas Səhifə > Manşet / Cəmiyyət > "Bizdə bu proses NİYƏ BU QƏDƏR ÇƏTİNDİR..."

"Bizdə bu proses NİYƏ BU QƏDƏR ÇƏTİNDİR..."


Bu gün, 07:59

"Avropa aviaşirkəti mənə kompensasiya üçün pul ödəməlidir və mən ABB kart hesab nömrəmi (IBAN) və ABB SWIFT(IBAZAZ2X) vermişəm". "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında paylaşan narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir:

"Amma hələ də ABB hesabımda görünmür pul və 2 həftəyə yaxındır. Aviaşirkət ödənişi təsdiq sənədlərini verib, amma ABB araşdıra bilmir, ən azından məlumat mərkəzi araşdıra bilmir. Normalda bunlar SWIFT köçürmə olubsa müxbir bankdadırmı, yoxsa ABB-dədirmi və digər bu kimi məlumatları araşdıra bilmirlər? Niyə bu qədər çətindir bizdə bu proses?"


Geri qayıt