Əsas Səhifə > Manşet / Ölkə > "Bilmirik nə məsələdir... hara, kimə şikayət edək?"
"Bilmirik nə məsələdir... hara, kimə şikayət edək?"Bu gün, 11:02 |
|
Neftçilərin Hüquqlarının müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı növbəti vətəndaş şikayətini ictimailəşdirib. "DİA-AZ" xəbər verir ki, NHMT sədri bu barədə özünün sosial şəbəkə hesabında paylaşım edib. Narazı SOCAR işçisi yazır:
"SOCAR #Azərkimya İB Etilen-Polietilen zavodunda işləyirəm. İyun ayından əməkhaqqı ödənişlərinin ABB deyil, ATB bankına keçdiyi üçün, hal-hazırda zavodun işçilərinin bir qisminə əmək haqqı ödənilib, digərlərinə isə əmək haqqı ödənilməyibdir.
3 gündür kart verilib, əmək haqqı isə hələ də karta köçürülməyib. Təmir Tikinti İdarəsinin mühasibatlığına zəng vururam, səbəbini soruşuram, telefonu qapadırlar. Azərkimya İB baş idarəsinə mühasibata zəng vururam, deyirlər, maliyə şöbəsinə zəng vur. Maliyə şöbəsinə zəng vururam... deyirlər, biz pulu köçürmüşük, başqa heç nə deyə bilmərik... Az qala adamla acıqla danışırlar.
Bilmirik nə məsələdir... hara, kimə şikayət edək? Hər ayın 4-5-i aralığında həmişə ödənilirdi maaşlar. Bu ay öz səhlənkarlıqlarının ücbatından gecikmə oldu. Zəng vurub söz soruşanda da adamla hörmətsizcəsinə danışırlar. Heç danışmaq da istəmirlər..."
Qeyd edək ki, bu faktla bağlı NHMT sədri Mirvari Qəhrəmanlı aidiyyatı üzrə rəhbər şəxslərə müraciət edərək, işçinin probleminin dərhal həllini tələb edib. NHMT sədri yazır:
"Azərkimya İB Etilen-Polietilen zavodu məsul şəxsləri, ARƏM bu maddələrini diqqətlə oxuyun və əzbərləyin:
Maddə 172. Əmək haqqının verilməsi müddətləri
3. Əmək haqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir.
5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir.
Maddə 178.Əməyin ödənilməsinin təminatları
1. İşəgötürənin maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir.
Və qeyd olunan maddələr pozulduğu halda
ARƏM maddə 310 ( Bu Məcəllə ilə müəyyən olunmuş hüquqları pozmağa görə məsuliyyət) əsasən cəzalanmalısınız..."
Geri qayıt |