Əsas Səhifə > Manşet / Üçüncü sektor / Güney Press > Türkiyəli sürücülər Naxçıvandan olan sərnişini ÖLÜMÜNƏ DÖYDÜLƏR

Türkiyəli sürücülər Naxçıvandan olan sərnişini ÖLÜMÜNƏ DÖYDÜLƏR


Bu gün, 11:18

Türkiyədə “Aras Turizm” avtobusunun sürücüsü naxçıvanlı sərnişini döyərək ona ağır xəsarət yetirib. Sərnişinin beyin qanaması keçirdiyi və xəstəxanaya yerləşdirildiyi deyilir.
Hadisə Kağızman şəhərində, İstanbul–İğdır marşrutu üzrə hərəkət edən avtobusda baş verib.
Döyülən sərnişinin Şərur şəhər sakini İntiqam Tağıyev olduğu bildirilir.
Sərnişinlərin “Gündəlik Naxçıvan”a bildirdiyinə görə, mübahisə avtobusun yolda əlavə sərnişin götürmək üçün tez-tez və uzun fasilələr verməsindən sonra yaranıb. Onlar saatlarla gözlədildiklərini deyirlər.
Şahidlər sürücünün sərnişini avtobusdan zorla düşürərək döydüyünü bildirirlər:
“Sürücülər uzun fasilələr verir, bizə isə səbəb izah olunmurdu. Saatlarla isti havada avtobusun içində gözləməyə məcbur qalırdıq. Sürücü ilə sərnişin arasında mübahisə birdən-birə davaya çevrildi.
Sərnişinin döyüldüyünü və sonra özündən getdiyini gördük. Daha sonra onu xəstəxanaya apardılar. Sonradan eşitdik ki, ağır kəllə-beyin travması alıb. Hamımız böyük qorxu yaşadıq. Bu, hər zaman hamımızın başına gələ bilər”.
Naxçıvanlı sərnişinlər buna bənzər hallarla tez-tez rastlaşdıqlarını, türk sürücülərin onları aşağıladıqlarını bildirirlər:
“İstanbuldan İğdıra gedən avtobusların sərnişinləri demək olar ki, naxçıvanlılardan ibarət olur. Bu şirkət və sürücüləri biz naxçıvanlı sərnişinləri həmişə aşağılayır.
Ora işləməyə getdiyimiz üçün bizə yuxarıdan aşağı baxırlar. Özümüzdə iş yerləri olsa, niyə bunlara möhtac qalaq?
Əlavə sərnişin yığmaq üçün 20 saatlıq yolu 30 saata gəlib çıxırıq. Bu, birinci dəfə deyil, hər dəfə belə olur. Təkcə bu da deyil. Bəzən sərnişinlərin əlində bilet ola-ola yerlərini dəyişməyə məcbur edir, ön sıradan arxaya keçirirlər. Buna razı olmayanları isə yarı yolda avtobusdan düşürürlər”.
baş verən hadisə və uzun gecikmələr səbəbindən zərər çəkdiklərini bildirirlər. Onlar hadisə ilə bağlı aidiyyəti qurumların araşdırma aparmasını tələb edirlər.


Geri qayıt