Əsas Səhifə > Manşet / Hadisə > Pul ayrılıbsa... iş görülübsə... və ortada xidmət yoxdursa...

Pul ayrılıbsa... iş görülübsə... və ortada xidmət yoxdursa...


Bu gün, 08:13

" Şikayətim Azərbaycan Dəmir Yolları - ADY - dandır. Digitallaşmağa doğru gedirik, gedirsiniz, yaxşı edirsiniz. Amma xahiş edirəm, bunu edəndə işləmə prinsiplərini dəqiqliyini yoxladıqdan sonra icraya buraxın..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Müraciətdə daha sonra deyilir: "Bu, tək mənim başıma gələn bir iş deyil. NFC ilə ödənişlər zamanı nə qədər növbə yaranır. Turniketləriniz kartı oxuya bilmir, MASTERCARD götürmür(sizin nəyəsə görə ancaq bir beynəıxalq ödəniş vasitəsidən istifadə etməyiniz vətəndaşın problemi deyil), nə qədər növbə yaranır. Bugün səhər sizin işləməyən aparatlarınız VISA kartıma qoşulmuş NFC ilə olan bütün ödənişlərimi qəbul etmədi, sonunda sizə ayrıca xeyir verib, gedib fiziki gediş kartınızı aldım. Məşhur kinoda demiş, "söhbət soseskada deyil". NFC-dən istifadə edirik ki rahat olsun, nəyisə gözləmədən, fikirləşmədən vurub, keçək. Sayənizdə hər gün adam başqalarını gözlətdiyi üçün utanır.
Dövlət digitallaşmağa önəm verdiyi halda bu qədər sadə məsələlərə bu qədər məsuliyyətsiz yanaşmazlar. Ən azından bu problem çox müddətdir var və davam edir. Tərəfinizdən heç bir qarşı-tədbir görülməmişdir.
Yenilikləriniz izləyirik, sima ilə üz tanıma, və s. Və hələ bilinmir o xidmətləriniz necə işləyir. NFC ilə ödəniş xidmətini dövlətə məxsus digər şirkətlər də təmin və kifayət qədər surətli və problemsiz işləyirlər.
Ümid edirəm, nəzərə alacaqsınız..."

Geri qayıt