Əsas Səhifə > Manşet / Sosial > Tora salınmış iş adamı Nazim Tahirovla bağlı ELƏ FAKTLARI AÇIQLADI Kİ...

Tora salınmış iş adamı Nazim Tahirovla bağlı ELƏ FAKTLARI AÇIQLADI Kİ...


Bu gün, 10:16

Bir zamanlar Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəisi, Baş icra məmuru vəzifəsini tutan Nurəddin Mustafayevin adından istifadə edərək günü bu gün də onlarla sahibkarın mal-mülkünü, pullarını ələ keçirməkdə davam edən “Biləcəri Təmir Quraşdırma” QTSC-nin rəhbəri Nazim Tahirovla bağlı araşdırmalarımız davam edir. "DİA-AZ" xatırladır ki, əsasən məhkəmə instansiyaları və məhkəmə icra idarələrinin iştirakı ilə öz çirkin niyyətini gerçəkləşdirən Nazim Tahirov bu vaxta qədər ona yaxın iş adamını müflis duruma salıb, birini isə intihar həddinə çatdırıb. Hətta hər yerdə "elə elədim ki, özünü it zənciri ilə asdı" deyərək öyünən Nazim Tahirov məhz cəzasız qalması səbəbindən bu gün də eyni əməllərindən qalmır.

Xatırladaq ki, keçən yazımızda Nazim Tahirovun qurbanlarından biri olan Alim Lətifovun geniş müsahibəsini təqdim etmişdik. Bu gün isə həmin müsahibənin ikinci hissəsini diqqətinizə çatdırırıq. Beləliklə, Nazim Tahirovun cinayət xarakterli təkliflərini eşidən Alim Lətifov fikrini belə davam etdirir:

"Mən vicdanımın səsinə qulaq asaraq hörmətli Daxili İşlər Naziri cənab Vilayət Eyvazova, Baş prokuror cənab Kamran Əliyevə, Dövlət Təhlükəsizlik xidmətinin rəisi cənab Əli Nağıyevə bu barədə ərizə yazaraq bunların bu cinayət əməlləri barədə məlumat verdim və Qaradağ rayon prokurorluğunda cinayət işi qaldırıldı və bu iş tamamlanmaq üzrədir. Bunlar həm də məni və ailəmi təhdid edərək istənilən sənədlərə qol çəkdirirdilər. (ölümlə hədələyirdilər)...

Bundan əlavə yoxlama zamanı məlum oldu ki, Nazim Tahirov şərikinin xəbəri olmadan 25 ədəd mənzili heç bir vəzifə daşımadığı halda 455000,00 (dörd yüz əlli beş min manat) vəsaiti də mənimsəyib. Həmin anlarda mənim sifarişçiyə yazığım gəldi. Ona görə ki, o tək bunlar isə on nəfər cinayətkar dəstə (çoxları da narkomanlardır). 03.07.2026-cı il tarixdə eşitdim ki, T.Nazim və cinayətkar dəstə on nəfər tikintinin ofisinə basqın edərək “ŞƏRİKİ” öldürmək istəyiblər. Lakin buna nail ola bilməyiblər. Çünki cevik polis alayı dərhal hadisə yerinə gələrək onları həbs ediblər. Silahlar yığılmış ağ maşın və 4 nəfər basqınçı aradan çıxmağı bacarıblar. Eşitdiyimə görə, bu hadisə rəhbərliklər tərəfindən nəzarətə götürüldüyündən cinayətkarlar layiqli cəzalarını alacaqlar. Bununla bağlı yadıma bir hadisə düşdü. Bu cinayətkar dəstə ilə yaxın olduğum zamanlarda dəqiq desək, 2025-ci ilin mart-aprel ayları olardı... "Zorqe parkı"nda Nazim Tahirov, Turan Mirzəliyev ,Gülər Nəbibəyova, Orxan Bağırov və mən orada kafedə oturub nahar edirdik. Bunlar kompleksin tikilib qurtardıqdan sonra “ŞƏRİKDƏN” necə qurtulmağın yollarını müzakirə edirdilər. Nazim Tahirov onda dedi ki, tikintinin 72%-ni şərikimdən heçnəsiz, yəni 9000000 (doqquz milion manatlıq) manatlıq tikintini 78 manata mənim qohumlarımın adına keçirdib (notariusda). Onu elə aldatdım ki, güya gələcəkdə tikintiyə milyonlar qoyacağam və tikintini tikib bitirəcəyik. Ancaq mən ora heç vaxt vəsait qoymayacağam və tikintini özü borc-xərc edib qutaracaq və məhkəmə yolu ilə ondan hər şeyi alacağam. Mən ona dedim ki, məhkəmələr bu işə getməzlər. Onda qayıtdı ki, sən “ingilis” Nazimi yaxşı tanımırsan. Yeri gəlsə onu fiziki məhv edə bilərik. N.Gülər xanım dedi ki, bu işi mənə həvalə edin. Onu elə zəhərləməyə də gedərəm ki, heç kim bilməyəcək. Lazım olarsa, Orxanın əlaqələrindən istifadə edib “meşə” qardaşları"nın əli ilə onu məhv edərik. Bu haqda mən dərhal Solmaz Rzayevaya məlumat verdim ki, müəllim dedi ki, çox-çox ehtiyatlı olsun həyatı təhlükədədir. O da ağlayaraq soruşdu ki, nə məsələdi... mən qorxumdan heç nə deyə bilmədim. Çünki onların ətrafında olan "başkəsənləri "(çaqqalları) görürdüm. Mən bu hadisələri və cinayətlri Sizlərə bildirməklə məndə olan saxta 13684000,00 (on üç milyon altiyüz səksən dörd min) manatlıq aktı Nazim Tahirovun (kürəkəni satışa baxrdı) qanunsuz götürdüyü 25 ədəd mənzili 455000,00 (dörd yüz əlli beş min manat) manat nağd pulun sənədlərini (qanunsuz) sizə təqdim edirəm. Qoy bütün xalq tanısın ki, nə qədər xain və iblisdir...."

Bəli, dəyərli oxucu, bu faktlar belə Nazim Tahirovun necə asanlıqla insanların hətta fiziki məhvinə qədər gedə biləcəyini təsdiqləməkdədir. Hər halda, hüquq-mühafizə orqanları bütün bu faktlara gərəkən qiyməti verəcək.

DAVAMI MÜTLƏQ VAR


Geri qayıt