Əsas Səhifə > Manşet / Gündəm > Binəqədidə maklerlər “at oynadır”...
Binəqədidə maklerlər “at oynadır”...Bu gün, 03:18 |
|
Məqalədə daha sonra deyilir: "Son vaxtlar fəaliyyətini daha da genişləndirən bu şəxs Zəngəzur restoranının arxasında – Böyükşor gölü ərazisində suyu qurudaraq yeni torpaq sahələri yaradıb. Həmin torpaq sahələri üzərində çoxlu sayda qanunsuz ev inşa edilərək vətəndaşlara təqdim olunmaqdadır. İşin ən maraqlı tərəfi isə budur ki, Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Rövşən adlı maklerə dəfələrlə xəbərdarlıq edilsə də, adıçəkilən şəxs öz biznes maraqları naminə ictimai əmlaka qənim kəsilməkdə, qanunsuz fəaliyyətini davam etdirməkdədir. Görünən odur ki, əlaqədar dövlət qurumları Rövşən adlı maklerin öhdəsindən gələ bilmir. Bu səbəbdən də Binəqədi ərazisində “at oynadan” bu şəxs Böyükşor gölünü qurudaraq hissə-hissə “rasxoda” verməkdə, külli miqdarda vəsait qazanmaqdadır. Ümid edirik ki, əlaqədar qurmlar bu şəxsin bəd əməllərinin qarşısını almaq istiqamətində ciddi addımlar atacaq, sərt ölçü götürəcək..." Mövzunu davam etdirəcəyik. Geri qayıt |