Əsas Səhifə > Manşet / Ölkə > Bu binada hərənin ən azı İKİ VƏZİFƏSİ VAR...

Bu binada hərənin ən azı İKİ VƏZİFƏSİ VAR...


Dünən, 11:25

"Yazırlar ki, SOCAR və onun strukturuna daxil olan bəzi idarə və müəssisələrdə yüksək vəzifəli şəxslər tutduğu vəzifəsindən başqa, daha bir, yaxud iki vəzifəzifənin "daşıyıcısıdır".." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı qeyd edib.
NHMT sədri daha sonra bildirir: "Əgər deyilənlər düzdürsə, bu halda bir kresloda oturub, daha bir və yaxud iki kresloya ayaqlarını qoyan (şpaqat açan) şəxslərin çox yüksək səlahiyyətli qurum tərəfindən sertifikatlaşmadan (keçid balı 100) keçməsinə ciddi ehtiyac duyulur. Əks halda onların iş yerində zədə alma (İZ) riski gözləniləndir. Bu halda İZ Aktı da (istehsalat zədəsi) tərtib edə bilməyəcəksiniz.
Qeyd edim ki, "araşdırılmasına, dəqiqləşdirilməsinə ehtiyac duyulur" deyə yazmıram. Onda daha bir vəzifənin də daşıyıcısı olub, sonda yazacaqsınız ki, yoxlanıldı, məlumat böhtan xarakterlidir..."
Yəni həmişə olduğu kimi...

Geri qayıt