Əsas Səhifə > Manşet / Gündəm > Müəllimlərin kütləvi etirazı...
Müəllimlərin kütləvi etirazı...Bu gün, 07:04 |
|
Müəllim Ramin Fətullayev sosial şəbəkə hesabında paylaşdığı fikirlərlə bu narazılığı bir daha gündəmə gətirib. O bildirib ki, sanatoriya-kurort mərkəzinə elektron rezervasiya sistemi vasitəsilə etdiyi müraciətə artıq 12-ci dəfə imtina cavabı verilib: “Bu gün nəhayət sanatoriya-kurort mərkəzlərinə elektron rezervasiya sistemindən etdiyim müraciətə 12-ci dəfə imtina gəldi. Səbəb? Guya növbəlilik prinsipi imiş. Bizim maaşımızdan həmkarlara tutulan vəsait də növbəlilik prinsipi ilə tutulsaydı, daha yaxşı olardı. Təhsilin həmkarları ümumiyyətlə heç bir işə yaramır. Çarə? Ərizə verib həmkarlardan çıxmaq”. Müəllimin paylaşımı qısa zamanda geniş müzakirələrə səbəb olub. Şərhlərdə onlarla müəllim eyni problemlə üzləşdiyini, elektron sistem üzərindən etdikləri müraciətlərin ard-arda rədd edildiyini yazıb. Narazılıq edənlər illərdir maaşlarından həmkarlar ittifaqları üçün üzvlük haqqı tutulmasına baxmayaraq, bu vəsaitin müqabilində real sosial dəstək və xidmət görmədiklərini bildirirlər.
Qeyd edək ki, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının rəhbəri Araz paşayev də bu prosessə təsir göstərəcək gücə və marağa malik deyil. Tribunainfo.az Geri qayıt |