Əsas Səhifə > Manşet / Üçüncü sektor / Güney Press > 16 ildir Qəbələni... BAŞ(ÇI)SIZ QOYUB...
16 ildir Qəbələni... BAŞ(ÇI)SIZ QOYUB...Bu gün, 11:39 |
|
Müraciətdə daha sonra bildirilir: "Qəbələnin Savalandan keçib gedilən Bəyli, Quşlar kəndlərində yol bərbad vəziyyətdədir, qaz yoxdur, işıq dirəkləri təhlükəli vəziyyətdədir. Məmmədağalı, Seyidqışlaq, Həzrə, Bunud, və Girvə yaşayış massivində mavi yanacaq yoxdur deyə çarəsiz sakinlər meşə agaclari kəsir. Və yaxud da olduqca baha qiymətə odun almalı olur. Elektrik xətləri hələ də kabelləşməyib... Bir faktı qeyd edək ki, Məmmədağalı kəndinin mərkəzindən qaz kəməri keçir. Amma bundan vətəndaşlara nə... Çünki həmin qaz xətti hansısa məmurun gülçülüyünə çəkilib. Biznes ücün qaz verirlər, əhaliyə, kənd sakinlərinə qaz verilmir. Meşə agacları qırılır və baha qiymətə sakinlərə satılır. Axı nəýə görə? İndiki vaxtda insanlar qazsız qalıb zülm çəkir kəndlərdə... Artıq biz yorulduq bunu yazmaqdan... deməkdən... İndi də ona görə deyirik ki, bəlkə biz görməsək də, uşaqlarımız ağ günə çıxa..." Daha sonra sakinlər "DİA-AZ" vasitəsilə ölkə rəhbərliyinə xitab edərək bildirir: "Digər rayonların icra başçıları tez-tez dəyişir. Bizdə isə Səbuhi Abdullayev 20 ilə yaxındır vəzifədədir. Bəlkə onu dəyişəsiniz... bəlkə kimsə bu camaatın nümayəndəsi gələ camaata da gün ağlaya..." Məsələ diqqətimizdədir... Geri qayıt |