Əsas Səhifə > Manşet / Gündəm > "Bir həftədir süründürürlər məni..."
"Bir həftədir süründürürlər məni..."Bu gün, 07:21 |
|
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Mənə rəsmi olaraq bildirildi ki, avtomobilimə dəymiş zərər 4735 manat məbləğində qiymətləndirilib. (Avtomobilimə Dəymiş zərər təqribi 5500 -5800 nanatdır). İcbari sığortada maksimum məbləğ 5000 manat olduğu üçün, həm də 3-cü avtomobil olduğu üçün bu məbləğlə məcbur razılaşdım.
Göstərilən "WhatsApp" nömrəsi ilə əlaqə saxladım, məbləği təsdiqlədim və göndərilən sənədləri doldurub göndərdim. Sonra mənə yeni pdf sənəd göndərildi və məlum oldu ki mütənasib ödəniş ödəniləcək məbləğ 3979 manata endirilib. Bu qərarla razılaşmadığım üçün bank hesabı məlumatlarımı təqdim etmədim və "Atəşgah Sığorta"nın "qaynar xətti"nə rəsmi şikayət etdim.
Dəfələrlə yenidən şikayət etdim iş günlərində. Aradan təxminən 1 həftə keçdikdən sonra yenidən "qaynar xətt"lə əlaqə saxladığım zaman mənə bildirildi ki, guya sığorta eksperti mənimlə əlaqə saxlayıb. Halbuki mənə nə bir zəng gəlib, nə də hər hansı məlumat verilib. İş orasındadır ki 3-cü avtomobilin təqribi 300-400 manat xərci var. 600 manatı razıyam ki, qarşı tərəfə versinlər. Amma heç bir addım atmırlar. 1 həftədir süründürürlər məni..."
Geri qayıt |