|
Respublikamızın cənub bölgəsində ekofəlakət pik həddə çatıb... Və dərd orasındadır ki, aidiyyatı qurumlar bütün bu baş verənlərə susur. "DİA-AZ" xəbər verir ki, bu barədə "nyus.az" portalının xəbərində deyilir.
Redaksiyanın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Astara rayonun Qapcı məhəllə kəndinin qarşısından keçən sərhəd xəttinin neytral ərazisində "Astara Körpü bina tikinti MMC" müəssisəsi tərəfindən "ekskovator"la qumu qazıb daşıyırlar.
Bu qazıntı işlərinin isə 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Rafiq Ədlovun xeyir-duası ilə həyata keçirildiyi deyilir.
"DİA-AZ" xatırladır ki, keçən günlərdə Rafiq Ədilovun başqa qanunsuz əməlləri barədə də bilgiləri paylaşmışdıq. Aydın olurdu ki, Lənkəran-Lerik yolunun 33-cü kilometrində yerləşən "Relax" istirahət mərkəzində "traktorlar"la yaşıllıqlar məhv edilib. Və yenə də 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisinin "dobro"su ilə...
Geri qayıt
|