Əsas Səhifə > Manşet / Ölkə > Əmrullayevin ŞÜBHƏLİ TENDER ORTAĞI...

Əmrullayevin ŞÜBHƏLİ TENDER ORTAĞI...


Bu gün, 17:17

Elm və Təhsil Nazirliyinin nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin keçirdiyi tender müsabiqəsinin qalibi “Texno Lyuks M” MMC olub.
Yeniavaz.com
xəbər verir ki, İdarə Qarabağ Universitetində əlavə infrastrukturun yaradılması ve maddi-texniki bazanın gücləndirilməsi işləri üçün “Texno Lyuks M” MMC-yə 7 milyon 290 min 51 manat 68 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 50 manat olan “Texno Lyuks M” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar, ev 24, m. 12 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Əliyev Emin Arif oğludur.
2018-ci ildən fəaliyyət göstərən “Texno Lyuks M” MMC indiyə kimi ancaq Elm və Təhsil Nazirliyinin nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin keçirdiyi tender müsabiqələrində qalib olub. “Texno Lyuks M” MMC 2022-2026-cı illərdə Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin keçirdiyi 42,6 milyon manat dəyərində 8 tender müsabiqəsində qalib olub.


Geri qayıt