Əsas Səhifə > Manşet / Ölkə > Qoşqar Təhməzli “VATA” MMC-ni qalib seçərkən nələrə göz yumub

Qoşqar Təhməzli “VATA” MMC-ni qalib seçərkən nələrə göz yumub


Bu gün, 10:10

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Xüsusi təhlükəli xəstəliklər üzrə beynəlxalq seminar (təlim) və simulyasiya məşqlərinin keçirilməsi ilə bağlı tədbir xidmətləri” nin satın alınması üzrə 04.05.2026-cı ildə başlanılmış açıq tenderə yekun vurulub. Müsabiqənin qalibi “VATA” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasınada 35.478,8 manat dəyərində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır.

Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzərdə tutulmuş tədbir xidmətlərinin satın alınması üzrə keçirilmiş kotirovka sorğusunda ehtimal olunan qiyməti 78.980,00 manat müəyyən edilib.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş bu məlumatdan da görsəndiyi kimi satınalan təşkilat olaraq Qida Təhlükəsizliyi Agentliyinin müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçı “VATA” MMC-nin təklif etdiyi qiymətlər arasında kəskin fərq var.
Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.

Xatırlatmaq istərdik ki, ehtimal olunan qiymət satınalma prosedurunda mal, iş və xidmətlərin vergi və rüsumlar daxil olmaqla bazar şərtlərinə əsasən müəyyən edilən maksimum dəyəridir. Bu qiymət satınalan təşkilat tərəfindən təkliflərin qiymətləndirilməsi üçün istifadə edilir və bazarın təhlili, müqayisəli üsullar və ya statistik məlumatlar əsasında hesablanır və dövlət vəsaitlərindən səmərəli istifadə məqsədilə 10 faizdən çox güzəştə yol vermək olmaz.

Amma göründüyü kimi Qida Təhlükəsizliyi Agentliyi açıq tender müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı, 50 faizdən də aşağı qiymət təqdim etmiş “VATA” MMC ilə satınalma müqaviləsi bağlamağı planlaşdırır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir.

Bundan əlavə Qida Təhlükəsizliyi Agentliyi “VATA” MMC-nin satınalmada iştirakı zamanı başqa bir qanunsuzluğa da göz yumub. Belə ki, Dövlət Vergi Xidmətinin məlumatlarına görə “VATA” MMC-nin hazırda 19 115.06 manat vergi borcu var.

Qeyd edək ki, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü Maddəsində təchizatçıların uyğunluq göstəriciləri müəyyən edilib. Həmin Maddənin 23.3.5. Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş aşağıdakı halların mövcud olmaması təchizatçının satınalmalarda iştirakına yol vermir.
23.3.5.1. Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərinin olması;
Göründüyü kimi Qida Təhlükəsizliyi Agentliyi başında oturanlar Qanunun tələblərini gözardı edərək “VATA” MMC ilə müqavilə bağlamağı planlaşdırır?

Qeyd edək ki, “VATA” (VÖEN: 1307402011) Məhdud Məsuliyyətli Cəmiyyətinin 26.10.2021-ci il tarixdə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 50 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ, YASAMAL RAYONU, TBİLİSİ PROSPEKTİ., ev.10, m.5, qanuni təmsilçisi kimi isə Məmmədov Faiq Məhəmməd oğlu qeyd olunub.

Qeyd edək ki, “VATA” MMC dövlət qeydiyyatına 2021-ci ilınıb. Dövlət satınalmalarında 2025-ci ilin may ayından başlayaraq konfrans və tədbirlərin təşkili, media turların təşkili, dini maarifləndirmə tədbirlərinin keçirilməsi xidmətləri 30-dan çox tenderlərin qalibi olub. MMC yalnız Dövlət Turizm Agentliyi son bir il ərzində dəyəri milyonlarla manat olan onlarla müqavilə bağlayıb. Hamısında da qanunları pozmaq yolu ilə, yəni ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı.

Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA), sədri Qoşqar Təhməzlidir.O, sözügedən vəzifədə 25 dekabr 2017-ci ildə təyin edilib. Son vaxtlar sosial şəbəkələrdə və mediada ərzaq təhlükəsizliyi ilə bağlı ciddi siqnallar verilir. Restoranlar, şadlıq sarayları, mərasim evləri, bu qəbildən olan digər obyektlərdə insanların sağlamlığının risk altında olması, həmçinin Qoşqar Təhməzlinin vəzifəsinin öhdəsindən layiqincə gələ bilməməsi barədə da məlumatlar yayılmaqdar.

Aktualinfo.net


Geri qayıt