Əsas Səhifə > Manşet / Gündəm > Bərdədə başçı vətəndaşa qarşı...
Bərdədə başçı vətəndaşa qarşı...Bu gün, 06:18 |
|
Vətəndaşların şikayətlərinin mərkəzində kənd təsərrüfatı torpaqlarının idarə olunmasındakı qeyri-şəffaflıq, bölgədə kəskinləşən işsizlik problemi və Bərdə Rayon İcra Hakimiyyətinin sosial problemlərə qarşı laqeydliyi dayanır.
Rayonun aqrar sektorunda pay torpaqlarının ədalətli bölgüsü və su təminatı ən çox narazılıq doğuran məsələlərdən biridir:
İyunun 24-də Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Bərdənin Uğurbəyli kəndində bələdiyyə torpaqlarının sahibkarlıq məqsədilə hərraca çıxarılması , yerli sakinlər arasında torpaqların paylanılmasında şəffaflıq və ədalət prinsiplərinin pozulması ilə bağlı müzakirələri yenidən alovlandırıb.
İyunun 18-də Körpüsındıran və iyunun 24-də Kürdborakı kəndlərində keçirilən səyyar görüşlərdə sakinlərin ən böyük ittihamı əkin sahələrinin vaxtında suvarılmaması olub
Fermerlər ciddi maddi ziyan çəkdiklərini və bələdiyyə rəhbərlərinin torpaq bölgüsündə ayrı-seçkilik etdiyini bildirirlər
1xeber.media Geri qayıt |