Əsas Səhifə > Manşet / Siyasət > Səfərbərlik Xidmətinin Naxçıvan baş idarəsində xidmət edən hərbi qulluqçularına xor baxılır
Səfərbərlik Xidmətinin Naxçıvan baş idarəsində xidmət edən hərbi qulluqçularına xor baxılırBu gün, 06:26 |
|
“Səfərbərlik Xidmətinin Naxçıvan baş idarəsinin bir qrup zabitləri məharət dərəcələrinin, qüsursuz xidmətə görə medallarının verilməməsindən şikayət edirlər. Bundan başqa növbəti hərbi rütbələrinin vaxtı çatmış 15 hərbi qulluqçunun 2026-ci ilin fevral ayının 20-də vaxtı tamam olsa da, onlardan cəmi 2 nəfərinin hərbi rütbəsini verilmiş, digər 13 hərbi qulluqçulara bu günə kimi hələ də verilmir. Ehtiyatdan gizir rütbəsi verilməklə xidmətə qəbul olunmuş hərbi qulluqçular zabit vəzifəsində xidmət etdikləri üçün həmin vəzifədə 1 il xidmət etdikləri üçün ilkin zabit rütbəsi Silahlı Qüvvəlır günü verilmişdir. Lakin 13 nəfər hərbi qulluqçularn hərbi rütbələri verilmədikləri üçün qan ağlayırlar. Hərbi qulluqçuların gözlərinin dikdikləri hərbi rütbələri, məharət dərəcələri verilmədiklərinə görə həvəsdən düşüb xidmət eləmək istəmirlər. 44 günlük Vətən müharibəsindın sonra nə qədər zabitə ehtiyacın olduğunu bilirik. Buna baxmayaraq səfərbərlik Xidmətinin Naxçıvan baş idarəsində xidmət edən hərbi qulluqçulara xor baxılır. Səfərbərlik Xidməti tərəfindən 2025 ci ilin mart ayında məharət dərəcələrinin verilməsinə görə göndərdiyi nümayəndə hərbi qulluqçuları test vasitəsilə yoxlasa da hələ də nəticəsi barədə onlara məlumat verilməmişdir. 2025 ci ilin mart ayından bu tərəfə hər ay maaşlarında 150-200 manat fərq eləməli olduğu halda xidmət pullarını almamışdılar”.
Geri qayıt |