Əsas Səhifə > Manşet / Siyasət > Naxçıvanda SARAYDAXİLİ ÇƏKİŞMƏ...
Naxçıvanda SARAYDAXİLİ ÇƏKİŞMƏ...Bu gün, 05:15 |
|
O daha sonra fikrini belə davam etdirir: "Media qurumuna rəhbərlik etməklə sərbəst jurnalist fəaliyyəti eyni məsuliyyət deyil. Rəhbər vəzifəsində təkcə özünü yox, təmsil etdiyin qurumu da düşünməlisən.
"Şərq qapısı"nda çalışdığım müddətdə qəzetin nüfuzunun qorunması, gənclərə meydan verilməsi və ölkə səviyyəli layihələrin həyata keçirilməsi üçün üzərimə düşəni etmişəm. Bunu deməyə ehtiyac yoxdur, görülən işlər ortadadır.
Məni illərdir izləyənlər bilirlər ki, Naxçıvanda ən sərt tənqidi yazılar yazmışam. Hətta buna görə haqqımda "ondan uzaq durun, təhlükəlidir" deyənlər də olub. Ayrılmağımın səbəbi isə sadə idi.
MƏNDƏN İNTRİQALARA QOŞULMAĞIM, ŞƏXSİ SOSİAL MEDİA HESABLARIMI KİMLƏRİNSƏ TƏBLİĞAT ALƏTİNƏ ÇEVİRMƏYİM GÖZLƏNİLİRDİ.
MƏN BUNU ETMƏDİM. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovla (mənlə bağlı Bəxtiyar müəllimə də təzyiqlər olunurdu) görüşərək, lazım gələrsə ərizə yazmağa hazır olduğumu bildirmişdim. Çünki prinsiplərimlə ziddiyyət təşkil edən mühitdə qəzetdə qalmağın mənim üçün heç bir mənası yox idi.
"Şərq qapısı"nda qalmaq üçün atacağım çox asan addımlar var idi. Atmadım. Çünki mənim üçün vəzifə prinsiplərimdən üstün deyil.
Ali rəhbərliyə həqiqət əvəzinə yalan məlumatların çatdırıldığını bildiyim halda, kimlərinsə qurduğu oyunlara susa bilməzdim. Formal və görüntü naminə keçirilən vətəndaş qəbullarını tərif kimi təqdim etmək də mənim mövqeyimə uyğun deyildi.Mən seçimimi çoxdan etmişdim: vəzifəni yox, prinsiplərimi seçdim.
***
Şəxsi maraqlar və şəxsi təkəbbür üzərində qurulan idarəçilik heç vaxt məmləkətə uğur gətirməz.
Bəlkə də çoxlarına adi görünəcək, amma bəzən böyük problemləri anlamaq üçün kiçik bir fakt kifayət edir. Naxçıvanın Səlahiyyətli Nümayəndəliyinin sosial media hesabına baxın. Müavin Samir Seyidəhmədlinin iştirak etdiyi tədbirlər mütəmadi paylaşılırdı. Bu dəfə isə onun "Karyera" sərgisinin tədbiri paylaşılmadı. Səbəbi nədir? Çünki tədbirdə Baş nazir Cabbar Musayev də iştirak edib. Bu dəqiqə Səlahiyyətli nümayəndənin hədəfində odur. Çünki güclü kadrlara qarşı daxildə bir savaş var. Yaxşı bəs intriqaların hökm sürdüyü yerdə hansı inkişafdan danışmaq olar? Bir-birinə mane olan, bir-birini qəbul etməyən rəhbərlərlə sağlam idarəçilik qurmaq mümkün deyil. Nəticədə Naxçıvanda işləmək istəyən peşəkar insanlar belə uzaqlaşmağa üstünlük verirlər.
Eynək taxmaq, səs tonunu dəyişmək, müasir terminlər işlətmək və ya imic formalaşdırmaq idarəçilik deyil. Gecə yarısına qədər işıqları yanan kabinetlər də uğurun göstəricisi sayılmır. Əsl idarəçilik qəbul edilən qərarlarda, görülən işlərdə və insanların həyatında hiss olunan dəyişikliklərlə ölçülür.
Ulu Öndər Heydər Əliyev bir çıraq işığında belə Naxçıvanın taleyini dəyişən qərarlar qəbul edirdi. Çünki idarəçilik görüntü deyil, məsuliyyətdir.
Növbəti yazımda isə konkret faktlar və sənədlərlə Səlahiyyətli Nümayəndəliyin mediaya göstərdiyi təzyiqləri açıqlayacağam.
Mediadan mənasız arayışların necə tələb olunduğunu, onu tənqid edən deputatların çıxışlarının gecə saatlarında media resurslarından necə sildirildiyini, fəaliyyətindəki nöqsanları qaldıran bəzi deputatların komitə sədrliyindən necə uzaqlaşdırıldığını, Ali Məclisin sessiyalarında dövlət başçısının tənqid etdiyi məsələlərin necə tərifə çevrildiyini ictimaiyyətə təqdim edəcəyəm.
Həmçinin, Səlahiyyətli nümayəndə haqqında qəzetdə bir səhifəlik materialın dərc olunması üçün qəzetin səhifələrinin gecə saatlarında Ali Məclis Aparatının rəhbər müavini Fazil Məmmədovun müdaxiləsi ilə necə dəyişdirildiyini də bütün detalları ilə yazacağam..."
Geri qayıt |