Əsas Səhifə > Manşet / Cəmiyyət > "14 gündür hər gün yazıram... yola verirlər...."

"14 gündür hər gün yazıram... yola verirlər...."


Bu gün, 12:17

"14 gün öncə saat 20:38 də "M10" hesabımdan 32.14 manat silindi. 14 gündür hər gün yazıram... yola verirlər...." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Elvin Şahinoğlu adlı istifadəçi yazır.
Narazı vətəndaş daha sonra fikrini belə davam etdirir: "Bildirirlər ki, bəs guya araşdırma aparılır bildirirəmki nəyi araşdırırsız sizin mobil tətbiq çöküb balansdan pul itib siz nəyi araşdırırsınız? Deyirlər zəhmət olmasa gözləyin araşdırma aparılsın cavab deyiləcək. Öz səhvləri ucbatından balansımdan itən pulu iki həftə tamam oldu geri ala bilmirəm, üstəlik məsələ nə zaman həll olacaq konkret tarix də demirlər. Çox bərbad tətbiqdir. Pul geri qaytarılan kimi dərhal siləcəm. İstifadə edənlərə də məsləhət görmürəm. Xatırladım ki, bu hal ikinci səfərdir başına gəlir. 1 ci dəfə isə 19 gün sonra pulu geri qaytarmışdılar..."

Geri qayıt