Əsas Səhifə > Manşet / Sosial > FHN Qaz İxrac İdarəsinin FƏALİYYƏTİNİ YOXLAMALIDIR!

FHN Qaz İxrac İdarəsinin FƏALİYYƏTİNİ YOXLAMALIDIR!


Bu gün, 10:37

"46 illik təcrübəmə əsaslanaraq onu demək istəyirəm ki, qazın ,,q"-sından xəbəri olmayanlar özlərini mütəxəssis bilir. Təsərrüfatın başına Əlixan Məlikovdan sonra gələnlər kül ələdilər..." "DİA-AZ" xəbər verir ki, bunu Yunis Əhəd Camalov SOCAR işçisi Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sosial şəbəkə hesabındakı paylaşımında qeyd edib.

Təcrübəli SOCAR işçisi daha sonra fikrini belə davam etdirir: "Qaz Paylayıcı Stansiyalar heç yarım avtomatikaya cavab vermir. O da ki qala tam avtomatika olsun.... Odarant qurğuları, təsir tənzimləyicilər, geri təpmə klapanları, filtr, Seperatör, izölə edici flanşlar.....və sair... istismarın tələblərinə uyğun işləmədiyindən Operatorların ixtisara salınması riskləri artırmaqla kütləvi bədbəxt hadisələrin baş verməsinə səbəb olacağı məni narahat edir.

Bir vaxtlar FHN-nin nümayəndələri QPS-lərdə yoxlamalar aparırdı, görünür ,, Azəriqaz" İ.B-ndə və Qaz İxrac İdarəsində FHN QPS-lərin yoxlanılmasına davam etməlidir. Çox yerdə qaza Odarant vurulmur, bədbəxt hadisələri isə dəm qazının üstünə atırlar. Dəm qazının dili olsaydı, özünü yırtardı... and-aman edərdi ki, mənim günahım yoxdur. Burada kimlərinsə Dövlətimizə və xalqımıza qarşı məqsədli hərəkəti var. Adları çəkilən təşkilatlar aparatda Ştatları şişirtməkdən əl çəkib ora əl gəzdirsinlər.

Elələri var ki 3000-5000 azn haqq etmədiyi məvacib alırlar və bir işə yaramırlar. Mən Xarici ölkələrdə belə özbaşınalığı görmədim. Azər Məmmədov və Əkbər Hacıyev... sizlərə müraciət edirəm: ətrafınızda ixtisara ehtiyac var, operatorları ixtisara salsanız, Azərbaycanı minalamış olacaqsız..."


Geri qayıt