Əsas Səhifə > Manşet / Siyasət > Sabirabad "voenkomatı" QANUN HƏRLƏMİR
Sabirabad "voenkomatı" QANUN HƏRLƏMİRBu gün, 05:03 |
|
"DİA-AZ" xəbər verir ki, Sabirabad rayon sakini Cəfərov Qafil 2004-cü il təvəllüdlü oğlu Cəfərov Ağaməlinin vəziyyəti ilə bu sahədə olan problemlərin hələ də həll olunmadığını göstərir. Ata bildirir: "Uşaq yaşlarından sinir sistemi ilə bağlı problemlərdən əziyyət çəkən oğlum artıq 2022-ci ildən etibarən Sabirabad rayon Mərkəzi Xəstəxanasının rəsmi arayışı ilə Sabirabad Hərbi Çağırış Mərkəzinə müraciət edib. Son dörd il ərzində Ağaməli Cəfərov öz şəxsi vəsaiti hesabına müxtəlif tibb müəssisələrində – Maştağa 1 saylı Psixiatriya Mərkəzi, Zərifə Əliyeva adına klinikada və Salyan rayonundakı Şorsulu Psixiatriya Mərkəzində dəfələrlə komissiyalardan keçib".
Vətəndaşın iddialarına görə, bu müayinələr zamanı, xüsusilə Maştağa 1 saylı Psixiatriya Mərkəzindəki komissiyalar zamanı xəstəyə heç bir müasir diaqnostika avadanlığından istifadə olunmadan, yalnız vizual baxışla rəy verilib. Psixi sağlamlıq kimi həssas bir məsələdə, müvafiq aparat müayinələri və uzunmüddətli müşahidə olmadan verilən qərarlar, həm vətəndaşın sağlamlığını, həm də gələcəkdə hərbi hissədə yarana biləcək ciddi riskləri nəzərə almır.
Təbii bir sual yaranır: Psixi vəziyyəti şübhə doğuran və kifayət qədər sübutlarla təsdiqlənmiş tibbi tarixçəsi olan bir gəncin hərbi xidmətə cəlb edilməsi nə dərəcədə doğrudur? Əgər belə bir şəxs hərbi xidmətə göndərilərsə və xidmət dövründə özünə və ya ətrafındakılara qarşı hər hansı bir hadisə törədərsə, bunun hüquqi və mənəvi məsuliyyətini kim daşıyacaq? Xəstəliyi gözardı edən komissiya üzvləri, yoxsa məsuliyyəti üzərindən atan rəsmi qurumlar?
Hərbi xidmət vətənin müdafiəsi deməkdir, lakin bu müdafiə sağlam təməllər üzərində qurulmalıdır. Tibbi komissiyalar yalnız "kağız üzərində" deyil, həm də vicdani və elmi yanaşma ilə işləməli, xəstə gənclərin taleyi ilə bağlı qərarlarda həddindən artıq ehtiyatlı və obyektiv olmalıdırlar.
Geri qayıt |