Əsas Səhifə > Manşet / Cəmiyyət > Naxçıvanda MƏMUR ÖZBAŞINALIĞI...
Naxçıvanda MƏMUR ÖZBAŞINALIĞI...Bu gün, 11:56 |
|
Naxçıvanlı İsmayılov qardaşları bildirirlər ki, məmurlar onlara ayrılmış 145 hektar yaylaq sahəsini əllərindən alaraq başqa şəxslərə verib. Qardaşların sözlərinə görə, sahəni təcili tərk etmələri tələb olunur. Bu səbəbdən onlar min başa yaxın heyvanı harada saxlayacaqlarını bilmirlər.
Onlar deyirlər ki, yaylaq sahəsi bir il əvvəl yerli Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən onlara ayrılıb. İndi isə həmin sahənin elə nazirliyin özü tərəfindən geri alındığını bildirirlər.
İsmayılov qardaşları aidiyyəti qurumlara müraciət edərək, bu özbaşınalığa son qoyulmasını və yaylaq sahəsinin geri qaytarılmasını tələb edirlər.
"Gündəlik Naxçıvan"
Daha ətraflı aşağıdakı videoda:
Geri qayıt |