Əsas Səhifə > Manşet / Güney Press > Bakı Neft Emalı zavodunda ƏYRİ İŞLƏR...

Bakı Neft Emalı zavodunda ƏYRİ İŞLƏR...


Bu gün, 17:12

"Ciddi nəzarətə götürülməsinə ehtiyac duyulur. Bəlkə işçi düz deyir?.." "DİA-AZ" xəbər verir ki, özünün sosial şəbəkə hesabında bu açıqlama ilə çıxış edən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı ilginc bir olayla bağlı araşdırılma aparılmasını, zəruri tədbirlərin görülməsini vacib hesab edərək səlahiyyətli şəxslərdən addım atılmasını tələb edir.
NHMT sədri SOCAR Təhlükəsizlik idarəsinin 32 saylı komandasının Neft emalı zavodunun komandasında çalışanlara istinadən əlavə edir:
"Komanda rəisi vəzifə səlahiyyətindən istifadə edərək daha bir şəxslə (ad qeyd olunub) birlikdə iş zamanı aşkar edilən oğurluqları buraxdırır... Əraziyə kənar adam salır, qayiməsiz dəyərli mal və material buraxdırırlar...
Bununla yanaşı qüsursuz xidmət göstərən mühafizəçiləri isə işdən azad edirlər..."

Geri qayıt