Əsas Səhifə > Manşet / Hadisə > "Yəqin ki, daha “World-Telecom” şirkətindən məhsul alan olmyacaq..."
"Yəqin ki, daha “World-Telecom” şirkətindən məhsul alan olmyacaq..."Bu gün, 08:00 |
|
O daha sonra fikrini belə davam etdirir: "Bu postumdan sonra yəqin ki, dostlar arasında daha “World-Telecom” şirkətindən məhsul alan olmyacaq. Çünki onlar “saxta məhsullar satan” təəsüratı bağışlamayan mağazalardan alış-veriş edirlər.
Deməli hadisədən bir neçə ay öncə 1 il zəmanətlə “Apple Watch” məhsulu alınıb. Məhsulun zəmanət talonu və s. hər şeyi var. Öz sistemlərində də bu görünür. İstifadə edildikdən 1-2 ay sonra saatın kənar hissələrində rəng atmaları müşahidə edib, getdim servis mərkəzinə. Servis mərkəzi də rəng atmalarını müşahidə edib, göndərdi diaqnostikaya.
Diaqnostikadan sonra heç bir əsaslı arqument olmadan məhsulun bu deffektinin zəmanətə daxil olmadığı və 1068 manata dəyişiminin həyata keçiriləcəyini bildiriblər. 1068 AZN! Hansı ki, məhsulun alış qiyməti 800 manat civarında olub. Bu necə olur?) bu necə bir müştəri yönümlü yanaşmadır?
Sonda mənə təhvil təslim aktı imzalamaq üçün təqdim edildi. Mən imzalamaqdan imtina etdim, çünki mən istədiyim keyfiyyətdə məhsulu əldə etməmişəm.
Görünür, bəzi hallarda zəmanət sənədinin mövcud olması ilə zəmanətin faktiki tətbiqi arasında müəyyən fərqlər ola bilir.
Sadəcə başıma gələnləri olduğu kimi yazıram ki, məhsul alarkən insanlar yalnız vitrində gördükləri məhsulu deyil, satışdan sonrakı münasibəti də nəzərə alsınlar.
Çünki hazırda məndə yaranan təəssürat budur ki, məhsulu satmaq qədər, satışdan sonrakı məsuliyyəti daşımaq hər zaman eyni həvəslə qarşılanmır..."
Geri qayıt |