Əsas Səhifə > Manşet / Gündəm > Bütün səhiyyə ocaqlarına işçiləri azaltmaq tapşırığı verilib...

Bütün səhiyyə ocaqlarına işçiləri azaltmaq tapşırığı verilib...


Bu gün, 07:12
"Yeni gələn TƏBİB rəhbəri kürsüyə oturandan tibbin-səhiyyənin başını buraxıb, bütün gücünü verib kadr siyasətinə..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında jurnalist Jalə Əsədova qeyd edib.
O daha sonra bildirir: "Məlumata görə, bütün səhiyyə ocaqlarına işçiləri azaltmaq tapşırığı verilib. Baxmayaraq ki, demək olar bütün dövlət xəstəxanalarında həkim çatışmazlığı var. Amma yenə də gülməli manitorinqlər və ixtisarlar aparılır.
"Gülməli" sözünü də sözgəlişi işlətmədim. Təsəvvür edin ki, xəstəxanalarda kadr və avadanlıq çatışmazlığına görə hətta ölüm halları olduğu halda, (qəzada ölən 17 yaşlı qızın atasının Abşeron xəstəxanası barədə dediklərini xatırlayın!) manitorinqlərdə direktordan edilən tələbə baxın: həyətdə niyə avtomobillər üçün sürət həddini göstərən nişan yoxdur?!
Xəstəxana həyətində kim avtoşluq edir ki?
Bu nə gülünc tələblərdir?
İndi də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin bir neçə işçisinə tapşırıq verilib ki, "ərizənizi yazın, işdən çıxın. Yoxsa sizin üçün pis olacaq".
Bu hədə deyilsə nədir?
Sahil Babayev necə pensiyaları, ünvanlı sosial yardımları yerli-yersiz kəsib yaxasına orden taxdırdısa, bütün qurum rəhbərlərini həvəsə saldı deyəsən. Hətta Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktorunu müvəqqəti əvəz edən Ramin Tahirzadəyə belə qısa müddətdə öz "potensialını nümayiş etdirməyə" ruhlandırdı. Adam yolüstü bir neçə nəfərə sərt tapşırıq verdi ki, "yazın ərizələrinizi. Vəssalam".
Budur ey, SOCAR - da vəzifə ilə ödülləndirildi.
Amma görəsən səlahiyyətlilər arasında heçmi düşünən yoxdur bu qədər işsiz qoyulan insanların taleyini?
Axı onların hamısının kreditləri, borcları var. Hamısı özündən başqa bir neçə nəfərə də baxan ailə başçılarıdır.
Bu xalqı bağlı qapıların arasında, ac saxlamaq ideyasının əsas səbəbi nədir?
Biz bu cəzanı haqq edəcək nə etdik ki?"

Geri qayıt