|
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hələ bu ilin may ayında direktor təyin olunan Leyla Nəsirova ilə bağlı ilginc iddialar yayılıb. "DİA-AZ" xəbər verir ki, bu barədə redaksiyamıza göndərilən məqalədə Leyla Nəsirovanın təyinatında onun yeni TƏBİB şefi Anar Bayramovun tələbə yoldaşı olması müstəsna rol oynayıb. Qeyd edək ki, bu ilin 14 aprel tarixində TƏBİB rəhbərliyinə gətirilən Anar Bayramovun ilk əmrlərindən biri elə Leyla Nəsirova ilə bağlı olub. Öz təyinatından 1 ay 14 gün sonra - 28 may 20226-cı il tarixində Leyla Nəsriova Beyləqan Rayon Mərkəzi Xəstəxanasına təyinat alır.
O, daha əvvəl həmin xəstəxanada baş həkim vəzifəsində çalışıb. Bir müddət sonra isə Tibbi-Sosial Ekspertiza Komitəsinin (TSEK) regional müdiri kimi fəaliyyət göstərib. TSEK-dəki fəaliyyətini başa vuran Leylan Nəsirova məhz Anar Bayramovun TƏBİB rəhbərliyinə gəlişindən sonra Beyləqan Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib.
 Məqalədə həmçinin deyilir ki, ixtisasca həkim-nevroloq olan Leyla Nəsirovanın anası Roza Aslanova da eyni xəstəxanada pediatr həkim kimi çalışır: "Leyla Nəsirova isə bir "rəhbər" kimi özünü ilk gündən hiss etdirməyə başlayıb. Elə davranır ki, xəstəxana sanki onun dədə mülküdür. Hər halda Anar Bayramovun onu himayə etməsi burada müstəsna rol oynayır. Amma Leyla xanım unudur ki, həm Anar Bayramov və həm o, dövlət malına şəxsi mülk kimi yanaşa bilməz və buna qədər bu cür davrananlar cəzalanıb.
Məqalədə əlavə iddialar da yer alıb. Məsələn bildirilir ki, əvvəlki iş yerindən əldə etdiyi gəlirlər hesabına Leyla xanım həm də rayonda 2 mərtəbəli böyük gözəllik mərkəzinə də sahib olub.
DAVAMI OLACAQ...
Geri qayıt
|