Əsas Səhifə > Manşet / Cəmiyyət > ETİRAZ: Şəhəri BELƏMİ SALIRLAR?
ETİRAZ: Şəhəri BELƏMİ SALIRLAR?Bu gün, 12:14 |
|
"Bina yenicə tikilib istifadəyə verilib, amma artıq şüşəbənd eyvan edilib və şəhərin lap mərkəzində yerləşən yeni tikilinin fasadı eybəcər hala salınıb..." "DİA-AZ" xəbər verir ki, bu sözləri paytaxt Bakıda növbəti tikinti rəzalətinə etiraz edən tanınmış memar Elçin T. Əliyev özünün sosial şəbəkə hesabında vurğulayıb.
Memar fikrini daha sonra belə davam etdirir: "Bu necə mümkündür axı? Məgər binanın memarlıq görkəminin qorunmasına heç kim nəzarət etmir? Hanı tikinti şirkəti, hanı idarəedici şirkət, hanı layihə müəllifləri, hanı şəhər xidmətləri?
Və deməli, heç kimin binanın xarici görünüşünə, şəhərin panoramasına veci yoxdur! Görünür, «maraqlı tərəflər» öz «paylarını» artıq alıblar.
Bu gün bir sakin balkonunu şüşəbənd edəcək, sabah digəri çərçivələrin rəngini dəyişəcək, birisi gün isə üçüncü şəxs kondisioneri və digər mühəndis avadanlıqlarını fasadın üzərinə çıxaracaq. Bəs 10 və ya 30 ildən sonra bu fasadın vəziyyəti necə olacaq?"
Geri qayıt |