Əsas Səhifə > Manşet / Cəmiyyət > Dövlət büdcəsini DƏDƏ MALI ilə qarışdırır...
Dövlət büdcəsini DƏDƏ MALI ilə qarışdırır...Bu gün, 11:43 |
|
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) “Madina Group MMC” MMC ilə satınalma müqaviləsi imzalayıb..." "DİA-AZ" xəbər verir ki, bu barədə tanınmış jurnalist Arifə Əliyeva özünün sosial şəbəkə hesabında paylaşım edib.
O daha sorna məlumatını belə davam etdirir: "Maliyyə dəyəri 419 531,18 manat olan müqavilə Bakı şəhərinin küçə və prospektlərində sərnişin avtobusları üçün quraşdırılmış dayanacaqların təmir və bərpası, yararsız vəziyyətə düşənlərin sökülərək ərazidən kənarlaşdırılması xidmətlərinin satına alınması ilə bağlıdır.
Araşdırmalarıma görə, “Madina Group MM” MMC 2012-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkət Bakı şəhəri Binəqədi rayonu, Rəsuflzadə qəsəbəsi, Biləcəri şossesi, ev8D ünvanında qeydiyyatdadır. “Madina Group MM”in qanuni təmsilçisi isə Mahmudov Seyidağa Mirhəbib oğludur.
Təsəvvür edin, AYNA-nın az qala yarım milyon manat dəyərində müqaviləsi imzaladığı şirkət haqqında açıq mənbələrdə əlavə heç bir məlumat yoxdur. İnternet resurslarını ələk-vələk elədim, şirkətin adicə əlaqə nömqələrini tapa bilmədim.
Dövlət satnalmalarının vahid internet portalında yerləşdirilən məlumatlar isə deməyə əsas verir ki, şirkət tenderlərdə fəal iştirak edir.
“Madina Goup MM” MMC 2025-2024-cü illərdə müxtəlif dövlət qurumları ilə müxtəlif satınalma predmetləri üzrə müqavilələr bağlayıb.
Müxtəlif satınalma predmetləri demişkən, məlum olur ki, “Madina Group MM” MMC təkcə təmir işləri ilə məşğul olmur. Şirkət ofis mebelləri, fərdi mühafizə vasitələri, yumşaq invertarlar, hədiyyələr və hətta mətbəx əşyaları satır.
Yəni, şirkət çoxprofillidir. Amma nə sirrdirsə, bu universal şirkət haqqında geniş məlumat yoxdur.
Maddi-texniki bazasının hansı səviyyədə olduğu bəlli deyil.
“Madina Group MM” MMC-nin qanuni təmsilçisi Seyidağa Mahmudov haqqında da məlumat tapmaq müşküldür. Onun adına yalnız 2010-2011-ci ildə Polis Akademiyasına qəbul olunanların siyahısında rast gəlinir..."
Geri qayıt |